Avropada qaz ucuzlaşıb
Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 600 ABŞ dolları səviyyəsində qərarlaşıb.
1news.az xəbər verir ki, 8 fevral tarixində mart fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 602,7 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (618,7 dollar) ilə müqayisədə 2,6% azdır.
Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.
391