Dəniz Baykal vəfat edib
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri, Antalyadan millət vəkili Dəniz Baykal Ankarada 84 yaşında vəfat edib.
1news.az Türkiyənin Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə CHP sədri Kamal Kılıçdaroğlu paylaşım edib.
Qeyd edək ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri olmuş Dəniz Baykal 20 iyul 1938-ci ildə Antalyada doğulub. 1995–1996-cı illərdə Türkiyə Baş Nazirinin köməkçisi vəzifəsində çalışıb. Müxtəlif dövrlərdə Türkiyənin maliyyə naziri, enerji və təbii sərvətlər naziri, xarici işlər naziri vəzifəsində çalışıb. 2000-ci ildən 2010-cu ilə qədər CHP-nin sədri olub.
1news.az
318