Baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində öz dəstəyimizi davam etdirəcəyik | 1news.az | Xəbərlər
Siyasət

Baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində öz dəstəyimizi davam etdirəcəyik

13:52 - 16 / 02 / 2023
Baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində öz dəstəyimizi davam etdirəcəyik

Azərbaycan hər zaman olduğu kimi bu çətin günlərdə də qardaş Türkiyənin yanındadır, baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində öz dəstəyini davam etdirəcək.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mevlüt Çavuşoğlu ilə telefon danışığı zamanı bildirib.

Nazir Ceyhun Bayramov, qardaş Türkiyənin bu ağır sınaqdan da üzüağ çıxacağına dair inamını əminliklə ifadə edib.

Paylaş:
481

Son xəbərlər

Bütün xəbərlər