Deputat: “Sərhədin açılması və Ararat Mirzoyanın Türkiyəyə səfəri Ermənistana verilmiş növbəti bir şansdır” | 1news.az | Xəbərlər
Siyasət

Deputat: “Sərhədin açılması və Ararat Mirzoyanın Türkiyəyə səfəri Ermənistana verilmiş növbəti bir şansdır”

Ayşən İsmayılova15:55 - 16 / 02 / 2023
Deputat: “Sərhədin açılması və Ararat Mirzoyanın Türkiyəyə səfəri Ermənistana verilmiş növbəti bir şansdır”

“Uzun müddətdir ki, Türkiyə Azərbaycan və Ermənistanın iştirakı ilə münasibətlərin normallaşdırılması istiqamətində müəyyən addımlar atılır”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

“Hətta Türkiyə ilə Ermənistanın rəsmi nümayəndələri bir neçə dəfə görüşdülər və fikir mübadiləsi apardılar. Burada bir neçə mühüm məsələ var. Azərbaycan tərəfi dəfələrlə bu məsələyə münasibətini bildirib ki, əgər Ermənistan işğala son qoyarsa, sülh müqaviləsi imzalayarsa, Azərbaycan tərəfi Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına pis yanaşmır. Eyni məsələni Türkiyə tərəfi də dəfələrlə Ermənistanın nəzərinə çatdırıb. Hazırda münasibətlərin normallaşmamasının bilavasitə əsas səbəbkarı və günahkarı Ermənistandır. Çünki Ermənistan bu gün konstruktiv mövqe nümayiş etdirmir".

Deputat bildirib ki, Türkiyə-Ermənistan sərhədinin açılması və xarici işlər nazirinin səfərinin Ermənistana verilmiş növbəti bir şans olduğunu qeyd edib.

“Ermənistan bu şansdan düzgün istifadə etməyi bacarmalıdır və çalışmalıdır ki, münasibətlər qaydasına düşsün. Bu gün Ermənistan həm Azərbaycana qarşı düşmənçiliyi davam etdirir, həm Türkiyə ilə bağlı konstruktiv olmayan mövqe nümayiş etdirir.

Bu gün Ermənistanın daxilində bəziləri düşünürlər ki, sərhədlər açıldısa, bağlanmayacaq. Xeyr, elə deyil. Əgər Ermənistan eyni addımları atarsa, düşmənçiliyi davam etdirərsə, sərhəd açılmayacaq. Sərhədin davamlı açıq qalması Ermənistanın bu gündən sonra nümayiş etdirəcəyi mövqedən asılıdır. Ona görə də Ermənistanda olanlar indidən sevinməsinlər ki, onlar düşmənçiliyi davam etdirəcək, sülh müqaviləsi imzalamayacaqlar və bunlara baxmayaraq münasibətlər normallaşacaq.

Ermənistana verilən şanslar və edilən jestlər ona hesablanıb ki, Ermənistan öz mövqeyini düzəltsin və nəticə çıxartsın”.

Paylaş:
700

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər