Xocalı şahidi: “Atama dedilər ki, ermənilər sənin oğlunu əsir götürüb” | 1news.az | Xəbərlər
Müsahibə

Xocalı şahidi: “Atama dedilər ki, ermənilər sənin oğlunu əsir götürüb”

Ayşən İsmayılova15:00 - 25 / 02 / 2023
Xocalı şahidi: “Atama dedilər ki, ermənilər sənin oğlunu əsir götürüb”

1992-ci il fevralın 26-da törədilən və Azərbaycan tarixinə ən dəhşətli hadisələrdən biri kimi daxil olan Xocalı soyqırımında 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu.

106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.

Xocalı faciəsinin şahidlərindən biri olan Atlas Dadaşova yaşadığı dəhşəti 1news.az-a danışıb.

“O, bildirib ki, soyqırımın törədildiyi vaxtlar 16 yaşı var idi, 9-cu sinifdə oxuyurdu.

"Bizim kəndimizin hər bir tərəfini ermənilər əhatəyə almışdılar və heç bir yerə gediş-gəlişimiz yox idi. Bizə ərzağı ancaq helikopter ilə gətirirdilər. Biz məktəbə gedib-gəlirdik. Hər şey öz axarında gedirdi. Bir gün ermənilər məktəbimizə "Qrad" atdılar. Ondan sonra məktəb bağlandı, hamı öz evində olurdu.

Biz hər gecə qonşumuzun həyətindəki zirzəmidə gizlənirdik ki, ermənilər raket atanda, heç kəsə zərər verməsin. Səhər açılanda isə evimizə qayıdırdıq. Mən elə bilirdim ki, biz yenə əvvəlki kimi evimizə qayıdacağıq. Ancaq 25-dən 26-a keçən gecə güllə səslərinin çoxalmasından hiss etdik ki, artıq vəziyyət başqadır. Bizə xəbər verdilər ki, ermənilər, 366-cı alayın əsgərləri Xocalıya daxil olub. Nə edəcəyimizi bilmədiyimiz üçün zirzəmidən çıxdıq. Bütün uşaqlar ağlaşırdı. Hamımız ayağımız yalın meşə tərəfə qaçdıq. Ancaq biz meşəyə yaxınlaşdıqca erməniləri və güllə səslərini daha çox eşidirdik. Yanımızda neçə nəfərə gülləyə tuş gələrək öldü. Biz məcbur yolumuza davam etdik. Səhərə yaxın Ağdam tərəfə yaxınlaşdıq. Daha sonra yolumuza davam edərək Kətik kəndinə, oradan da Ağdama keçdik.

Həmin gecənin dəhşətinin ailəsindən də yan keçmədiyini söyləyən Atlas Dadaşova üç qardaşının şəhid olduğunu qeyd edib.

"Qardaşlarım Etibar ilə Habili dəfn etdik, amma Mobildən bir xəbər çıxmadı. Atama dedilər ki, ermənilər sənin oğlunu əsir götürüb İrəvana aparıblar. Atam ölənə kimi Mobil deyə-deyə ağladı.
Mən İkinci Qarabağ müharibəsi şəhidlərimizə Allahdan rəhmət diləyirəm, qazilərimizə can sağlığı arzulayıram! Həmişə gözləyirdim ki, Xocalımızı qaytarsınlar. Daima o ümidlə yaşayıram ki, nə vaxtsa Xocalıma, doğma yurduma qayıdacağam”.

Paylaş:
1041

Son xəbərlər

Azərbaycan XİN-dən Ermənistan Baş nazirinin iddialarına CAVABBu gün, 17:43Musa Quliyev yenidən QDİƏT PM-in komissiya sədri seçilibBu gün, 17:31İstirahət günlərində regionlarda gözlənilən hava şəraiti açıqlanıbBu gün, 16:43BMT nümayəndəsinə Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətindən bəhs edilibBu gün, 16:08Şabranda ikimərtəbəli evdə yanğın olubBu gün, 15:52Rusiya XİN Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtması məsələsinə münasibət bildiribBu gün, 15:34Kahramanmaraşda 5,3 bal gücündə zəlzələ olubBu gün, 15:232023-cü ilin ilk iki ayında Azərbaycanda sərnişinlər ən çox bu nəqliyyat vasitəsindən istifadə edibBu gün, 15:06Azərbaycan XİN Pakistanı təbrik edibBu gün, 14:44HHQ-nin hərbi hissəsində qrup rəhbəri müsabiqəsi keçirilibBu gün, 14:15Oqtay Əliyevlə vida mərasimi keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:05Gömrükdən qanunsuz keçirilən brend geyim əşyaları aşkar olunub - FOTOBu gün, 13:42Kamaləddin Qafarov: “Sammit ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına təkan verəcək”Bu gün, 13:20İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıbBu gün, 13:11Sabah 20 dərəcə isti olacaq - ProqnozBu gün, 12:37Azərbaycanın qadın boksçusu ilk dəfə dünya çempionatının yarımfinalına yüksəlib - FOTOBu gün, 12:07Ötən gün yol qəzalarında ölənlərin sayı açıqlanıbBu gün, 12:03Lökbatanda ticarət mərkəzindən oğurluq olubBu gün, 11:43Azərbaycanda meteorologiya sahəsində “Erkən Xəbərdarlıq Sistemi”nin təməli qoyulurBu gün, 11:40Xəzər rayonunda əl qumbarası aşkarlanıb - FOTOBu gün, 11:29
Bütün xəbərlər

Next TV