Ermənistan Çardaqlı kömür mədənini qanunsuz istismar edib | 1news.az | Xəbərlər
Siyasət

Ermənistan Çardaqlı kömür mədənini qanunsuz istismar edib

17:34 - 27 / 02 / 2023
Ermənistan Çardaqlı kömür mədənini qanunsuz istismar edib

İşğal zamanı Ermənistan eyni zamanda İrəvan istilik elektrik stansiyasında istifadə məqsədilə, Azərbaycanın Tərtər rayonunun Çardaqlı kömür mədənini qanunsuz istismar edib.

Bu barədə 1news.az-a XİN-dən bildirilib.

“Nəhayət, Ermənistan Azərbaycan ərazisində əlavə enerji infrastrukturu qurmaqla Azərbaycanın hidroenergetika və kömür ehtiyatlarının qeyri-qanuni istismarına şərait yaradıb. Məsələn, Ermənistan işğal olunmuş ərazilərlə Ermənistan arasında “birbaşa həyat xətti” kimi təsvir edilən və Ermənistanın təhlükəsizliyində “əhəmiyyətli rol” oynayacaq yeni kömür-nəqliyyat magistralının tikintisini maliyyələşdirib”, - məlumatda deyilir.

Paylaş:
348

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər