.“ASCO istiqrazları”na abunə yazılışı uğurla başa çatıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

.“ASCO istiqrazları”na abunə yazılışı uğurla başa çatıb

18:28 - 01 / 03 / 2023
.“ASCO istiqrazları”na abunə yazılışı uğurla başa çatıb

Milli iqtisadiyyatımızın inkişafında önəmli yerə sahib olan, Azərbaycanın hazırda fəaliyyətdə olan ən qədim şirkətlərindən biri –“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) dövriyyəyə buraxdığı “ASCO istiqrazları” üzrə abunə yazılışı uğurla başa çatıb.

1news.az ​​​​​​xəbər verir ki, ASCO tərəfindən emissiya edilən hər birinin nominal dəyəri 1 000 (min) ABŞ dolları, ümumi məbləği isə 100 000 000 (yüz milyon) ABŞ dolları həcmində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlara abunə yazılışı müddəti 28 fevral 2023-cü il tarixində bitib. İlkin bazarda ASCO istiqrazlarını əldə etmək istəyən investorlar istiqrazın Anderrayteri – “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-yə müraciət edərək abunə yazılıblar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2013-cü ildə ölkədə mövcud olan iki böyük donanmanın birləşdirilməsi yolu ilə yaradılan ASCO fəaliyyətinin ilk günlərindən müəyyən edilmiş qısa, orta və uzunmüddətli perspektivə yönəlmiş hədəflərinə çatmaq üçün korporativ idarəetmə sisteminin tətbiqi, xərclərin optimizasiyası, fəaliyyətində şəffaflığın təmin edilməsi, gəlir mənbəyinin şaxələndirilməsi, donanmasının yenilənməsi və digər sahələrdə genişmiqyaslı işlər həyata keçirib. Yerinə yetirilən işlərin və həyata keçirilən layihələrin müsbət nəticəsi və davamı olaraq, İdarə heyətinin təklifi, Azərbaycan İnvestisiya Holdinqinin (AİH) və ASCO-nun Müşahidə Şurasının müvafiq razılığı ilə ASCO-nun Ümumi Yığıncağı tərəfindən milli gəmiçilik şirkətinin daxili bazarda qiymətli kağızlar buraxması barədə qərar qəbul edilib. Səhmdar cəmiyyəti kimi fəaliyyətə başladığı ilk ildən kommersiya təşkilatı olaraq hər il fəaliyyətini mənfəətlə başa vurması, beynəlxalq auditdən keçərək hesabatların əlçatanlığının və şəffaflığının təmin olunması, ASCO-nun yerli investorlar qarşısında etibarlı emitent kimi qəbul edilməsinə və tarixində ilk dəfə dövriyyəyə buraxdığı istiqrazların uğurlu nəticələnməsinə əvəzsiz töhfə verib. Məhz abunə yazılışının nəticələrinə əsasən, istiqrazlara həm fiziki, həm də hüquqi şəxslər tərəfindən böyük maraq göstərilib. Emitent olaraq ASCO-nun yerli bazarda satışa çıxardığı istiqrazlara investorların tələbi Gəmiçiliyin yerləşdirdiyi təklifdən daha çox olub. Belə ki, 29 dekabr 2022-ci il tarixindən 28 fevral 2023-cü il tarixinə qədər davam edən abunə yazılışı dövründə istiqrazların alınması üzrə 125 sifariş verilib. Hüquqi şəxslər tərəfindən verilmiş sifarişlərin həcmi 89,1 faiz, fiziki şəxslər tərəfindən verilmiş sifarişlərin həcmi isə 10,9 faiz təşkil edib.

Bu istiqrazların abunə yazılmış investorlar arasında yerləşdirilməsi 3 mart 2023-cü il tarixində “Bakı Fond Birjası” QSC-nin ticarət platforması vasitəsi ilə həyata keçiriləcək.

Yerləşdirmə başa çatdıqdan sonra, bu istiqrazlar “Bakı Fond Birjası” QSC-nin “Premium” listinqində təkrar bazarda tədavül ediləcək.

Qeyd edək ki, istiqrazlardan əldə olunan gəlir ASCO-nun Xəzərdənkənar fəaliyyətinin genişləndirilməsinə, eləcə də beynəlxalq hövzələrdə yükdaşımalar üçün yeni tipli daha böyük gəmilərin alınmasına yönəldiləcək. Eyni zamanda, istiqrazlar ölkənin qiymətli kağızlar bazarının inkişafına töhfə verməklə yanaşı, vətəndaşlarımız üçün mənfəətli və etibarlı investisiya imkanları da yaratmış olur.

Paylaş:
442

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər