Prezident Əmək Məcəlləsində dəyişikliklə bağlı qanun imzaladı
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb.
1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Qanuna Azərbaycan Respublikası Əmək Məcəlləsinin 220-ci maddəsinə aşağıdakı məzmunda 6-cı hissə əlavə edilib:
“6. Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı işçilər heç bir xərc çəkmirlər.”.
530