“Rəsmi İrəvan anlamalıdırlar ki, onların bu addımı daha çox Qarabağda məskunlaşan ermənilərə problem yaradır” | 1news.az | Xəbərlər
Siyasət

“Rəsmi İrəvan anlamalıdırlar ki, onların bu addımı daha çox Qarabağda məskunlaşan ermənilərə problem yaradır”

Aynurə Xudaverdiyeva13:20 - 14 / 03 / 2023
“Rəsmi İrəvan anlamalıdırlar ki, onların bu addımı daha çox Qarabağda məskunlaşan ermənilərə problem yaradır”

Bildiyimiz kimi, martın 13-ü axşam saatlarından martın 14-ü səhər saatlarınadək Ordumuzun mövqeləri fasilələrlə Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən İstisu, Basarkeçər rayonunun Yuxarı Şorca, Qaraiman, Günəşli, Gorus rayonunun Qaraşen istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu, Mollabayramlı, Laçın rayonunun Cağazur, Daşkəsən rayonunun Astaf və Təzəkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan 19 dəfə atəşə tutub.

Bununla kifayətlənməyən Ermənistan tərəfi Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub. Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Maraqlıdır ki, hər baxımdan məğlub olmuş Ermənistan tərəfi sülh danışıqlarına gəlməkdən yayındığı az deyilmiş kimi, həm də Azərbaycan tərəfini atəşə tutur.

Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, əsas səbəb gedən prosesin pozulmasıdır:

“Buradakı əsas səbəb gedən prosesin pozulmasıdır. Başqa bir səbəb ola bilməz. Bu gün Azərbaycanın görüş təklifinə Ermənistan tərəfi belə bir şərt irəli sürdü ki, Qarabağda yaşayan ermənilərə qarşı Azərbaycan tərəfi guya qoyduğu blokadanı aradan qaldırmalıdır. Mənim fikrimcə, Ermənistan tərəfi bunu qəsdən edir. Ermənistan başa düşməlidir ki, bu onlara verilən son şanslardan biridir. Bizim faktiki 2 yolumuz var. Bunlardan biri müharibə, ikincisi isə bu danışıqları davam etdirib prosesə başlamalıyıq. Birinci halda Ermənistanın buna iqtisadi gücü çatmayacaq. Rəsmi İrəvan anlamalıdırlar ki, onların bu addımı daha çox Qarabağda məskunlaşan ermənilərə problem yaradır. Yaxşı olardı ki, rəsmi İrəvan bu haqda ciddi düşünsün. Çünki prosesin gedişatına mane olduğu zaman Ermənistan özü əziyyət çəkəcək.Ona görə yanaşmalarını dəyişməlidirlər. Bu rəsmi görüş onlara verilən növbəti bir şansdır. Bu şansdan onlar doğru istifadə etməlidir. Əks halda Azərbaycan yenidən anti-terror əməliyyatı keçirməyə məcbur qalacaq”.

Paylaş:
334

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər