Rəsmi Bakı İrəvandan Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasına mane olmamağı tələb edib | 1news.az | Xəbərlər
Siyasət

Rəsmi Bakı İrəvandan Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasına mane olmamağı tələb edib

15:15 - 25 / 03 / 2023
Rəsmi Bakı İrəvandan Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasına mane olmamağı tələb edib

"Bölgədə yaşayan erməni əsilli sakinlərin reinteqrasiyası Azərbaycan Respublikasının Konstitusiyasına uyğun təmin ediləcək".

1news.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Misirin “AlQahera” xəbər agentliyinə müsahibəsi zamanı Azərbaycanla sülh sazişi layihəsinə Ermənistanın təklifləri ilə bağlı açıqlamasını şərh edərkən deyib.

"Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin “hüquq və təhlükəsizliyi üçün beynəlxalq mexanizm” ilə bağlı Azərbaycanın mövqeyi Ermənistana məlumdur", - XİN rəsmisi vurğulayıb.

O söyləyib ki, bu barədə müddəanın Azərbaycan-Ermənistan arasında ikitərəfli sülh sazişi layihəsinə daxil edilməsi səyləri beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından hələ də əl çəkmədiyini nümayiş etdirir və bu kimi cəhdlərin heç bir nəticəsi olmayacaq.

"Azərbaycan tərəfindən dəfələrlə qeyd edildiyi kimi, bölgədə yaşayan erməni əsilli sakinlərin reinteqrasiyası Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericilik aktlarına uyğun olaraq təmin ediləcək. Azərbaycan tərəfi bu istiqamətdə erməni sakinlərlə dialoq aparılmasında qərarlıdır və bu məsələdə kənar müdaxilələrin qarşısı alınacaq. Azərbaycan tərəfi erməni sakinlərin reinteqrasiyası istiqamətdə növbəti görüşün Bakıda keçirilməsi barədə təklif irəli sürüb və Ermənistan bu istiqamətdə Azərbaycanın fəaliyyətinə mane olmamalıdır", - A.Hacızadə deyib.

Paylaş:
209

Son xəbərlər

“Ermənipərəstin qızına Bakıda konsert edirik”03 / 06 / 2023, 18:06“Müşfiqlə bağlı film çəkilmədi…”03 / 06 / 2023, 17:51Ərdoğan Anıtqəbiri ziyarət edib03 / 06 / 2023, 17:34DİM bugünkü imtahanlarda istifadə olunan test tapşırıqlarının düzgün cavablarını açıqlayıb03 / 06 / 2023, 17:18Dünən, 2 İyun tarixində Mazda Azərbaycan yeni krossoveri – CX-60-ı təqdim etdi - FOTO03 / 06 / 2023, 17:07İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyəyə işgüzar səfərə gəliblər - YENİLƏNİB03 / 06 / 2023, 16:52Asensio “Real”dan ayrıldı03 / 06 / 2023, 16:44Bu gün Ümumdünya Velosiped Günüdür03 / 06 / 2023, 16:27Ərdoğan and içib - YENİLƏNİB03 / 06 / 2023, 16:12IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirilib - YENİLƏNİB03 / 06 / 2023, 15:48FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib03 / 06 / 2023, 15:34Neftçalada içməli su və kanalizasiyaların yenidən qurulmasına başlanılıb - FOTO03 / 06 / 2023, 15:21Ombudsman Şuşada aşkarlanan kütləvi məzarlıqla bağlı bəyanat yayıb03 / 06 / 2023, 15:07Hərbi Prokurorluq: “Kütləvi məzarlıqlardan 400-dən artıq insan meyit qalıqları aşkarlanıb”03 / 06 / 2023, 14:54Sevgilisi tərəfindən döyülən model yeni faktları açıqladı - FOTO03 / 06 / 2023, 14:39Qubadlıda batan avtomobildə qalan şəxslərə köməklik göstərilib - FOTO03 / 06 / 2023, 14:26“Qarabağ” ilk transferini açıqlayıb03 / 06 / 2023, 14:07Şəmkirdə ata qızını bıçaqlayıb, sonra intihar edib - YENİLƏNİB03 / 06 / 2023, 13:48İlham Əliyevə Olimpiya Evi Mükafatı təqdim edilib03 / 06 / 2023, 13:34Şuşada kütləvi məzarlıq tapılıb - FOTO03 / 06 / 2023, 13:29
Bütün xəbərlər

Next TV