Azərbaycana xaricdən pul köçürmələri artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycana xaricdən pul köçürmələri artıb

13:50 - 31 / 03 / 2023
Azərbaycana xaricdən pul köçürmələri artıb

2023-cü ilin yanvar-fevral aylarında Azərbaycana sürətli pul köçürmələri vasitəsi ilə banklara 165 milyon manat vəsait daxil olub. Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 40.3 milyon manata bərabər olub.

1news.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin yanvar-fevral aylarına nisbətən Azərbaycana pul köçürmələri 59.7% və ya 61.7 milyon manat artıb, ölkədən xaricə köçürmələr isə 34.2% və ya 20.9 milyon manat azalıb.

Paylaş:
635

Son xəbərlər

Bütün xəbərlər