“İnam Kərimovun şəxsi keyfiyyətləri, bacarığı və peşəkarlığı imkan verəcək ki...” - Elman Nəsirov | 1news.az | Xəbərlər
Siyasət

“İnam Kərimovun şəxsi keyfiyyətləri, bacarığı və peşəkarlığı imkan verəcək ki...” - Elman Nəsirov

Ayşən İsmayılova15:40 - 05 / 04 / 2023
“İnam Kərimovun şəxsi keyfiyyətləri, bacarığı və peşəkarlığı imkan verəcək ki...” - Elman Nəsirov

“Ölkə prezidentinin kadr siyasətində əsas tələbləri odur ki, ilk növbədə vətənpərvər olmalısan”.

Bunu Azərbaycan Milli Məclisinin deputatı Elman Nəsirov 1news.az-a İnam Kərimovun Ali Məhkəmənin sədri vəzifəsinə təyin edilməsi ilə bağlı açıqlamasında söyləyib:

“Həmçinin elmli, bilikli, savadlı olmalısan. Bundan savayı, peşəkar olmaq, milli-mənəvi dəyərlərə söykənmək, eyni zamanda ümumbəşəri dəyərlərə də hörmətlə yanaşmaq, xarici dilləri bilmək, müasir texnologiyalardan istifadə etməyi bacarmaq lazımdır. Bunlar çox mühüm dəyərlərdir və cənab prezident təyinat zamanı bunlara böyük diqqət ayırır. Ən əsas tələb xalqa ləyaqətlə xidmət etməkdir”.

Deputat qeyd edib ki, Ali Məhkəmənin sədri vəzifəsinə təyin olunan İnam Kərimovun təyinatına da bu prizmadan yanaşmaq lazımdır.

“İ.Kərimov Bakı Dövlət Universitetini beynəlxalq hüquq ixtisası üzrə bitirib, peşəkar hüquqşunasdır. Eyni zamanda Brüsseldə bakalavr təhsili alıb. Bundan savayı Fransada magistr təhsili alıb. Bunun ardınca da Sorbonna Universitetində doktorluq müdafiə edib. Öz Ana dilindən savayı ingilis, fransız və fars dillərini bilir. Eyni zamanda innovativ keyfiyyətlərə malik kadr kimi tanınıb. Xüsusilə də, 2012-ci ildə “ASAN xidmət”in fəaliyyətə başlaması məsələlərinə də o rəhbərlik edib. “ASAN xidmət” bu gün Azərbaycanın brendidir. Bu sahədə də İnam Kərimovun xidmətlərini xüsusi vurğulamaq lazımdır. Əsas odur ki, o kreativ düşüncəli, innovativ yanaşmalı xaraketerizə olunan bir kadr kimi cəmiyyətdə tanınır".

"Hesab edirəm ki, Ali Məhkəmənin hakimi vəzifəsinə təyinatı həm də cənab prezidentin ölkəmizdə həyata keçirdiyi hüquq-məhkəmə islahatlarının məntiqindən doğan bir addımdır" deyə, E.Nəsirov əlavə edib:

"Çünki 2018-ci ildə ölkə prezidenti növbəti dəfə xalqın etimadını qazanıb dövlətimizə rəhbərliyə başladıqdan sonra vurğuladı ki, bundan sonra ölkədə genişmiqyaslı islahatlara başlanılacaq və bu islahatların ən mühüm hissələrindən biri də məhkəmə hüquq sistemində islahatlardır. Hesab edirəm ki, həmin islahatların daha uğurlu həyata keçirilməsində Ali məhkəmənin sədrinin də üzərinə böyük məsuliyyət düşür. İnam Kərimovun şəxsi keyfiyyətləri, bacarığı və peşəkarlığı imkan verəcək ki, bu sahədə də islahatlar həyata keçirilməsinə Ali məhkəmənin hakimi olaraq o da öz töhfəsini versin".

Paylaş:
552

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər