Sahibə Qafarova Bob Bləkmənlə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Sahibə Qafarova Bob Bləkmənlə görüşüb

15:10 - 07 / 04 / 2023
Sahibə Qafarova Bob Bləkmənlə görüşüb

Aprelin 7-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Birləşmiş Krallıq Parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmənin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

1news.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata istinadən xəbər verir ki, görüşdə Milli Məclisin sədri Birləşmiş Krallıq Parlamentinin nümayəndə heyətinin ölkəmizə səfərini yüksək qiymətləndirib. Spiker qonaqlara Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən sonra bölgədə yaranmış yeni vəziyyət, ölkəmizin sülh təşəbbüsləri barədə danışıb, iki ölkənin parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri barədə fikirlərini bölüşüb, bu sahədə dostluq qruplarının rolunu vurğulayıb.

Bob Bləkmən ölkəmizə səfəri çərçivəsində keçirdiyi görüşlərdən, aparılan danışıqlardan məmnunluğunu ifadə edib. Qonaq Ağdam şəhərinə səfəri barədə təəssüratlarını bölüşüb, işğaldan azad olunmuş ərazilərdə aparılan tikinti-quruculuq işlərini yüksək qiymətləndirib, bölgədəki vəziyyət barədə fikirlərini səsləndirib.

Paylaş:
441

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər