Adil Kərimli: “Abidələrimizin tarixi ermənilər tərəfindən saxtalaşdırılıb”
"Türk dünyası ilə ortaq tariximizin bərpası üçün birgə əməkdaşlıq önəmlidir və əməkdaşlığımızı intensiv şəkildə etməliyik".
1news.az xəbər verir ki, bu sözləri UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclasının açılış mərasimində çıxışı zamanı Mədəniyyət naziri vəzifəsini icra edən Adil Kərimli deyib.
"Tarixi abidələrimizin tarixi saxtalaşdırılmış və ermənilər tərəfindən dəyişdirilib. Ortaq tariximizin bərpası üçün birgə əməkdaşlıq önəmlidir və əməkdaşlığımızı intensiv şəkildə etməliyik. Şəhərlərimizin, kəndlərimizin, tarixi mədəni irsimizin yenidən bərpası həyata keçiriləcəkdir. UNESCO ilə Azərbaycan çox faydalı əməkdaşlıq nümunəsidir. Hazırkı toplantıda TÜRKSOY-a təşəkkürümüzü bildiririk. Mən fürsətdən istifadə edərək TÜRKSOY-un bu il 30 illik yubleyi münasibəti ilə təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirəm".
Aynurə Xudaverdiyeva