Dünya fond bazarlarının əsas indeks göstəriciləri açıqlandı
Aprelin 11-də Amerika fond bazarında Dow Jones indeksi 0,29% – 33,684.79 bəndədək yüksəlib, S&P 500 indeksi dəyişməyərək 4,108.94 bənd təşkil edib, Nasdaq indeksi isə 0,43% – 12,031.88 bəndədək enib.
1news.az xəbər verir ki, Avropa fond bazarlarında aprelin 11-də Almaniyanın DAX indeksi 0,37% – 15,655.17 bəndədək, FTSE 100 indeksi 0,57% – 7,785.72 bəndədək, Fransanın CAC-40 indeksi isə 0,89% - 7,390.28 bəndədək artıb.
Avro isə ABŞ dolları qarşısında ötən günlə müqayisədə 0.13% artaraq 1.0926 dollara bərabər olub.
485