Milli Məclisin deputatları Ukraynaya səfər edəcəklər | 1news.az | Xəbərlər
Siyasət

Milli Məclisin deputatları Ukraynaya səfər edəcəklər

15:59 - 14 / 04 / 2023
Milli Məclisin deputatları Ukraynaya səfər edəcəklər

Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev, qrupun üzvləri Kamran Bayramov, Sabir Hacıyev, Razi Nurullayev aprelin 17-də Ukraynanın paytaxtı Kiyev şəhərinə səfər edəcəklər.

1news.az xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Ukrayna tərəfinin dəvəti ilə gerçəkləşdirilən səfər çərçivəsində deputatlarımızın Ukrayna Ali Radasının spikeri, Azərbaycanla parlament dostluq qrupunun üzvləri, Ukraynadakı Azərbaycan diasporu və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.

Səfər aprelin 21-də başa çatacaq.

Paylaş:
613

Son xəbərlər

Bütün xəbərlər