“Ağırlıqqaldırma üzrə Azərbaycan millisi artıq Ermənistanı tərk edib”
“Ağırlıqqaldırma üzrə Azərbaycan millisi artıq Ermənistanı tərk edib”.
1news.az Report-a istinadən xəbər verir ki, bunu Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Karen Giloyan deyib.
O bildirib ki, Azərbaycan nümayəndə heyəti artıq sərhədi keçib.
Xatırladaq ki, Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı dizayner Aram Nikolyan səhnəyə qaçaraq qızın əlindən milli simvolumuzu götürüb və onu yandırıb, ardınca da zaldan qaçmağa çalışıb. Bu vandalizmlə əlaqədar Azərbaycan yığma komandası yarışda iştirakdan imtina edib. Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi birgə bəyənat yayıblar və buna səbəb kimi Ermənistanın təhlükəsizliyi təmin etməməsini göstəriblər.