Dövlət büdcəsinin qalığı 25%-ə yaxın artıb
Bu ilin yanvar-mart aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 18,3% artaraq, 8 milyard 290 milyon manata çatıb.
1news.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 2023-cü ilin birinci rübündə dövlət büdcəsinin xərcləri isə 6 milyard 567 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 16,7 % çoxdur.
Nəticədə büdcədə 1 milyard 723 milyon manat qalıq yaranıb. Başqa sözlə, büdcə qalığı son bir ildə 24,8 % artıb.
562