“Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilib

10:29 - 19 / 04 / 2023
“Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilib

"Cambridge English Qualifications" beynəlxalq dil sertifikatına malik olanlar doktoranturaya qəbul zamanı xarici dil üzrə imtahandan azad olunacaqlar.

1news.az məlumatına görə, bu barədə Baş nazir Əli Əsədovun imzaladığı qərarla “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda edilən dəyişiklikdə bildirilib.

Qeyd edək ki, indiyə qədər xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF, STANAG) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunublar. Dəyişikliyə əsasən, bu sıraya “Cambridge English Qualifications” beynəlxalq dil sertifikatı da əlavə edilib.

Paylaş:
233

Son xəbərlər

Bütün xəbərlər