Bu sualların cavabını bilənə“Nobel” mükafatı veriləcək
Heç nə zamansa, beynəlxalq səviyyəli mükafat almaq istəmisiniz?
Bilirdiniz ki, bəzi suallar var ki, onların cavabını tapsanız “Nobel” mükafatı ala bilərsiniz. Yaxşı, bəs, bu suallar hansılardır?
1news.az cavablarını tapa bilsəniz “Nobel” ala biləcəyiniz sualları sizə təqdim edir:
“Big Bang”-dən əvvəl nə var idi?
Böyük partlayış, ümumiyyətlə kainatın və hər şeyin başlanğıcı kimi qəbul edilir. Elmə görə, böyük partlayış təxminən 13,8 milyard il əvvəl baş verib və kainat genişlənərək mövcud olmağa başlayıb.
Sual yaranır başlanğıcından əvvəl nə var idi? Heçlikdən var olduq, ya əvvəl də var idik? Bu suallar qarşısında elm zəifləyir. Bütün mümkün cavablar çaşdırıcı ola bilər.
Zamanda səyahət mümkündürmü?
Yəqin ki, çoxlarımızın filmlərdə gördüyü və hər zaman maraq dairəmizdə olan o sual var “Görəsən, zamanda səyahət edib keçmişə, ya da gələcəyə gedə bilərəm?” Zaman maşını icad olunmasa, bu, çətin görünür. Alimlər nəzəri olaraq düşünürlər ki, soxulcan dəlikləri vasitəsilə qalaktikanın müxtəlif yerlərinə və vaxtlarına səyahət etmək olar. Amma hələ ki, bunun dəqiq cavabını bilən tapılmayıb.
Reallıq həqiqətən də realdır?
Bəzi elm adamları və filosoflar üçün fiziki reallıq axıcı bir anlayışdır. Alimlər üçün reallıq daha çox kvant mexanikasına əsaslanır. Kainatın əvvəllər düşünüldüyündən daha çox ölçüyə malik ola biləcəyini düşünən elm adamları, bu ölçülərə çatmağın mümkün olmayacağını söyləyirlər.
Biz niyə yuxu görürük?
Ömrümüzün təxminən üçdə birini yuxuda keçiririk. Ancaq alimlər niyə yuxu gördüyümüzü bilmirlər və bunu izah etmək üçün araşdırmalarını hələ də davam etdirirlər.
Şüur nədir?
Şüurun necə yarandığı və nəyə görə şüurlu şəkildə bir şeyin edilə biləcəyi fəlsəfəsi olduqca qarışıq və çıxılmaz bir sualdır. Beynimizdə çoxsaylı hadisələri və məlumatları birləşdirərək sensor girişlə reaksiya vermək əvəzinə, nəyin real və nəyin olmadığını məntiqi olaraq ayırmağa kömək edən şüurdur. Sağ qalmağımıza kömək edən bu impulsiv funksiya bir çox gələcək ssenariləri təsəvvür etməkdə rol oynayır. Şüurun elm tərəfindən necə yarandığı hələ də məlum deyil. Şüur bizi digər canlılardan fərqləndirən əsas amildir.
Kainatda tək biz varıq, ya başqaları da var?
Elm adamları kainatdakı planetləri araşdırır və onların yaşayış üçün yararlı olub-olmaması ilə bağlı müxtəlif fikirlər irəli sürürlər. Radioteleskoplar kosmosdan gələn siqnalları dinləyirlər. İddialara görə, 1977-ci ildə ilk yadplanetli mesaj potensialı olan işarələr eşidildi. Hər iki ehtimal tükürpərticidir. Bizdən başqalarının var olması da, olmaması da..
Kainat nədən və necə yaranıb?
Astronomların həll edə bilmədiyi suallardan biri də kainatın necə yarandığıdır. Alimlər kainatın 95 faizinin nədən ibarət olduğunu bilmirlər. Ətrafımızda gördüyümüz hər şeyi təşkil edən atomlar kainatın yalnız 5 faizini təşkil edir. Son 80 il ərzində qalan hissəsi qaranlıq maddə və qaranlıq enerji kimi xarakterizə edilmişdir.