500 ildən sonra bir ilk: İngiltərə kralı Papa ilə birlikdə dua etdi
İngiltərə Kralı III Çarlz və həyat yoldaşı Kraliça Kamilla Vatikan səfəri çərçivəsində Sistina kilsəsində keçirilən xüsusi ayində iştirak ediblər.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, tədbiri Papa XIV Leo və Anglikan arxiyepiskopu Stiven Kotrell birgə idarə edib.
Beləliklə, təxminən 500 ildən sonra ilk dəfə olaraq İngiltərə kralı və Roma Papası birlikdə dua ediblər. Ayin zamanı latınca ilahilər səsləndirilib, ingiliscə dualar oxunub.
Mərasimdə Sistina Kilsə Xoru ilə yanaşı iki krallıq xoru da çıxış edib. Bazilikada Kral Çarlz üçün üzərində krallıq gerbi və “Ut Unum Sint” (“Bir olsunlar”) yazısı olan xüsusi oturacaq ayrılıb. Rəsmilər bu oturacağın kral və onun varisləri üçün daimi olaraq bazilikada saxlanılacağını bildiriblər.
Papa XIV Leo Kral Çarlza “Kral Qardaşlığı üzvü” titulunu təqdim edib. Buckingham Sarayının açıqlamasına görə, Papa Leo da Vindzor qalasındakı Müqəddəs Corc kilsəsinin “Papalıq Qardaşlığı üzvü” elan edilib və ona “Bath Ordeninin Böyük Xaç Cəngavəri” unvanı verilib.
Qeyd edək ki, 1534-cü ildə Kral VIII Henrinin evliliyinin ləğvi ilə bağlı müraciəti rədd edildikdən sonra İngiltərə Katolik Kilsəsindən ayrılmışdı.








