Zahid Oruc: “İndi Laçın və bütün coğrafi sərhədlərimizdə qurulan istehkamlar virtual sərhədlərimizin qorunması ilə birlikdə aparılmalıdır”
“Vətən müharibəsində parlaq Qələbəmiz ölkənin Birinci şəxsi, Prezident İlham Əliyevin Yerdə informasiya məkanında fasiləsiz hücum əzmi ilə yanaşı, fəzada aparılan süni intellekt savaşı ilə mümkün oldu. Lakin postmüharibə reallığı-Azərbaycanın hazırkı geosiyasi mövqeyi, hərbi potensialı, fəal xarici siyasəti cari və perspektiv təhlükəsizlik təhdidlərini artırır. İşğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhərlər və kəndlər” artıq smart layihələrin reallaşdırılması texnoloji resurslardan asılı olduğu üçün, informasiya hücumlarının hədəfinə çevrilə bilər.
1news.az xəbər ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Avropa Birliyinin, Avropa Şurasının və Sosial Tədqiqatlar Mərkəzinin (STM) birgə layihəsinin nəticələrinin təqdimatı ilə bağlı konfranda deyib.
“Vətən müharibəsi dövründə Ermənistandan ölkəmizin maliyyə/bank sisteminə edilən hücumları hamıya məlumdur” - deyə, Z.Oruc əlavə edib:
“Pandemiya rəqəmsallaşmanıartırdığı üçün informasiya infrastrukturunun təkmilləşməsi tələb olunur.
Təklif edirik ki,cəmiyyətimizi kibertəhlükəsizlik sahəsində maarifləndirmək üçün bütün sektorların, təhsil müəssisələrinin, özəl və dövlət qurumlarının birgə fəaliyyət planları hazırlansın. Kibercinayətkarlıqla mübarizə üzrə güclü və operativ ixtisaslaşdırılmış bölmələr, “kiberordular”, “kiberkönüllülər” formatında resursların yaradılması ictimai gündəliyə daxil edilsin. Mövzu ilə bağlı milli müzakirə forumları, dinləmələr kibercinayətkarlıqla bağlı real durumun dərk edilməsinə, ictimai rəyin diqqətinin yönəlməsinə maksimum şərait yaratmağa kömək edə bilər. Azərbaycanda ali təhsil müəssisələrində kibertəhlükəsizliklə bağlı bakalavr və magistr proqramları təklif olunmur və bu sahə mövcud proqramlara daxil edilməlidir.
O, bildirib ki, Vətən müharibəsində qələbədən sonra yeni milli kibertəhlükəsizlik strategiyasının qəbul edilməsinə ehtiyac sürətlə inkişaf edən informasiya infrastrukturu fonunda kibertəhlükəsizlik məsələlərinə diqqətli baxış nisbətən ləngiyir.
“Bir sözlə, kiberqanunvericiliyin, adekvat təhlükəsizlik standartlarının qəbul edilməsi, kibertəhlükəsizlik mərkəzlərinin yaradılması, ölkənin kiberməkanda mövqeyinin gücləndirilməsi son nəticədə Azərbaycana çoxşaxəli və çoxmənbəli kiberhücumlara effektiv şəkildə müqavimət göstərə bilən “kiberqalxanı” (cyber-shield) formalaşdırmağa imkan verə bilər.
İndi Laçın və bütün coğrafi sərhədlərimizdə qurulan istehkamlar virtual sərhədlərimizin qorunması ilə birlikdə aparılmalıdır.
Ümidvarıq ki, faydalı və açıq müzakirələr Azərbaycanın kiber məkanının qorunmasına faydalı töhfələr verəcəkdir” .