Lökbatanda iki gün su olmayacaq | 1news.az | Xəbərlər
Siyasət

Lökbatanda iki gün su olmayacaq

First News Media14:54 - Bu gün
Lökbatanda iki gün su olmayacaq

Qaradağ rayonunun Lökbatan qəsəbəsində suyun verilişində müvəqqəti fasilə yaranacaq.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.

Bildirilib ki, yeni çəkilən su xəttinin mövcud şəbəkəyə birləşdirilməsi işləri ilə əlaqədar olaraq 2 iyun gecə saatlarından 4 iyun günorta saatlarınadək qəsəbəyə içməli suyun verilməsi dayandırılacaq.

Qeyd olunub ki, işlər başa çatdıqdan sonra su təchizatı mərhələli şəkildə bərpa ediləcək.

ADSEA yaranan müvəqqəti narahatlıqla əlaqədar abonentlərdən anlayış göstərmələrini xahiş edib və buna görə təşəkkürünü bildirib.

Paylaş:
81

Son xəbərlər

Bütün xəbərlər