İlham Əliyev və Mehriban Əliyeva Ağdam rayonuna səfər ediblər | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev və Mehriban Əliyeva Ağdam rayonuna səfər ediblər

16:31 - 02 / 05 / 2023
İlham Əliyev və Mehriban Əliyeva Ağdam rayonuna səfər ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva mayın 2-də Ağdam rayonuna səfər ediblər.

1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, dövlətimizin başçısı “Azərişıq” ASC-nin Ağdam şəhərində Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin təməlini qoyub.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin, Ağdam şəhərində salınacaq 2-ci və 3-cü yaşayış məhəllələrinin, Ağdam şəhərində inzibati binanın təməlini qoyublar.

Daha sonra dövlətimizin başçısı Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi ilə tanış olub.

Paylaş:
570

Son xəbərlər

Bütün xəbərlər