Siyavuş Novruzov telekanalları tənqid etdi: Millətin əxlaqını pozmağa çalışmayın | 1news.az | Xəbərlər
Siyasət

Siyavuş Novruzov telekanalları tənqid etdi: Millətin əxlaqını pozmağa çalışmayın

12:13 - 02 / 05 / 2023
Siyavuş Novruzov telekanalları tənqid etdi: Millətin əxlaqını pozmağa çalışmayın

“Bəzi telekanallar başqa ölkələrdən götürdükləri verilişləri Azərbaycanda tətbiq edir”.

1news.az-ın APA-ya istinadən xəbərinə görə, bunu bu gün Milli Məclisin iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

Siyavuş Novruzov deyib ki, 70 yaşlı kişini evlənmək üçün efirə dəvət edirlər: “Rusiya başqadır, bizim mənəviyyatımız, əxlaqımız fərqlidir. Ona övladı, nəvəsi baxır. 5 manat qazanırsınız, başa düşürük, amma millətin əxlaqını pozmağa çalışmayın”.

Paylaş:
505

Son xəbərlər

Bütün xəbərlər