Çörək zavodu mənfəətini bölüşdürəcək
23 iyun 2023-cü il saat 11.00-da “Sumqayıt -çörək” ATSC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
1news.az xəbər verir ki, səhmdarların ümumi yığıncağında ATSC-nin 2022-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarının müzakirəsi və təsdiqi, maliyyə-təftiş komissiyasının hesabatı və təsdiq edilməsi, idarə heyəti və müşahidə şurası üzvlərinin seçilməsi, idarə heyəti sədrinin seçilməsi, maliyyə- təftiş komissiyası üzvlərinin seçilməsi, mənfəətin bölüşdürülməsi və əldə edilmiş xalis mənfəətdən istifadənin təyin edilib təsdiqlənməsi kimi məsələlər müzakirə ediləcək.
Qeyd edək ki, səhmdarların növbəti illik ümumi yığıncağı Sumqayıt şəhəri, Lermontov küçəsi 13. ünvanında keçiriləcək.
376