“AzInTelecom”a yeni departament direktoru təyin olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

“AzInTelecom”a yeni departament direktoru təyin olunub

Qafar Ağayev14:34 - 15 / 05 / 2023
“AzInTelecom”a yeni departament direktoru təyin olunub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-də yeni təyinat olub.

Qurumdan 1news.az-a verilən məlumata görə, Kommersiya departamentinin direktoru vəzifəsinə Fərrux Fərəcullayev təyin edilib.

F.Fərəcullayev “AzInTelecom” MMC-də peşəkar fəaliyyətinə 2017-ci ildə başlayıb və daha öncə Məhsul və Xidmətlər şöbəsinin müdiri olub.

Qeyd edək ki, bundan öncə “AzInTelecom” MMC-nin Kommersiya departamentinin direktoru vəzifəsini Ruslan Əliyev icra edib. F.Fərəcullayevin xələfi ötən ay öz ərizəsi ilə tutduğu vəzifədən ayrılmışdı.

Paylaş:
345

Son xəbərlər

Bütün xəbərlər