Nazir: COVID-19 dünyada olduğu kimi Azərbaycanda da təhsilə mənfi təsir edib
“Koronavirus pandemiyası bütün dünyada olduğu kimi Azərbaycanda da təhsilə mənfi təsir edib” .
1news.az xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev media üçün brifinqdə deyib.
Nazir bildirib ki, “Pirls 2021" tərəfindən “COVID” təsirlərini ölçmək üçün qiymətləndirmə aparılıb.
“Gözlənildiyi kimi qlobal təhsil nəticələrində geriləmə olub. Qiymətləndirmədə Azərbaycan daxil olmaqla 65 ölkə iştirak edib. Ümumilikdə, 184 qrup üzrə 5,3 min şagird iştirak edib. Oxu nailiyyətləri sıralanması üzrə Azərbaycan 35-ci sırada 440 bal toplayıb".
Nazir qeyd edib ki, COVID-19 təhsilə ciddi təsir edib:
"2026-ci ildə keçiriləcək növbəti "Pirls"in nəticələri açıqlananda biz biləcəyik ki, itirdiklərimizi bərpa etmişik, ya yox. Yalnız 5 ölkə üzrə nəticələr stabil qalıb".