Emin Əmrullayev: “Məktəblərdə tədrisin sentyabrın 1-dən başlaması daha uyğun olardı”
“Məktəb günlərinin sayını azaltmaq bizim uşaqlarımıza yaxşı heçnə vəd etmir” .
1news.az xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev media üçün brifinqdə deyib.
Dünya təcrübəsinə baxsaq görərik ki, bizdə tədris müddəti daha qısadır. Mən 10 il hər şənbə günü məktəbə getməklə indiki uşaqlardan 2 il artıq tədris almışam”.
“İnkişaf etmiş ölkələrdə tətillər yayda yox, qışdadır” - deyə, nazir əlavə edib:
“Bizdə isə 3 aylıq tətil müddəti var. Təhsil işçisi olaraq bildirim ki, tədris müddəti nə qədər çox olsa, o qədər yaxşı tədris olar. Fikrimcə, məktəblərdə sentyabrın 1-dən tədrisin başlaması daha uyğun olardı. Bu sadəcə istəkdir. Tədris ili qısaldıqca təhsildən gözləntilər azalır. Bizim isə təhsildən gözləntilərimiz çoxdur”.
500