Sabunçuda 2 uşaq quyuya düşərək ölməsilə bağlı araşma başlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabunçuda 2 uşaq quyuya düşərək ölməsilə bağlı araşma başlandı

Qafar Ağayev09:22 - 18 / 05 / 2023
Sabunçuda 2 uşaq quyuya düşərək ölməsilə bağlı araşma başlandı

Mayın 17-si saat 19 radələrində paytaxtın Sabunçu rayonu ərazisində yerləşən quyuda 2 nəfər azyaşlının meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş prokurorluqdan 1news.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı azyaşlıların meyiti üzərində hər hansı xəsarət müəyyən edilməyib.

Zərərçəkmişlərin ölüm səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri hərəkətlər aparılıb.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma davam edir.

Paylaş:
433

Son xəbərlər

Bütün xəbərlər