Deputat: “Dövlətimizə qarşı uzanmış xain əllərin qarşısını almaq təkcə qurumların işi deyil” | 1news.az | Xəbərlər
Siyasət

Deputat: “Dövlətimizə qarşı uzanmış xain əllərin qarşısını almaq təkcə qurumların işi deyil”

Ayşən İsmayılova15:35 - 19 / 05 / 2023
Deputat: “Dövlətimizə qarşı uzanmış xain əllərin qarşısını almaq təkcə qurumların işi deyil”

“Dövlət iki halda çox ciddi təzyiq altına düşə bilir. Bunu həm Azərbaycan praktikası, həm də beynəlxalq praktika təsdiqləyir”.

Bu sözləri Azərbaycan Milli Məclisinin deputatı Elman Nəsirov 1news.az-a xarici xüsusi xidmət orqanlarına işləyən vətəndaşlarımızın ifşası və həbs edilməsi ilə bağlı açıqlamasında söyləyib.

“Birincisi, dövlət zəif olanda çox ciddi təzyiq altında olur. Ayrı-ayrı ölkələrin xüsusi xidmət orqanları həmin ölkədə fəallaşmağa başlayır. Dövlət çevrilişi, hakimiyyətin zəbti kimi proseslər vüsət alır.

Nə qədər qəribə və paradoksal görünsə də dövlət güclü olanda da oxşar təhlükə və təhdidlərlə üz-üzə qala bilir. Bu gün biz güclü, Vətən müharibəsində zəfərə imza atmış qalib dövlətik. Buna görə dostlarımız sevinir. Bizi sevməyənlərin və bizə düşmən gözü ilə baxanların yuxularına haram qatılır. Onlar cürbəcür torlar hörməyə başlayırlar ki, Azərbaycanın bu tarixi zəfərinə kölgə salsınlar, zəfərin nəticələrinin qəbulu prosesinə mümkün qədər mane olsunlar. Bu məqsədlə də Azərbaycanı sevməyən dövlətlərin xüsusi xidmət orqanları fəallaşmağa başlayır. Çalışırlar ki, Azərbaycanın daxilində 5-ci kolon formalaşdırsınlar. Onun ayrı-ayrı üzvlərindən anti-Azərbaycan fəaliyyətində istifadə etsinlər. Cürbəcür vədlər, şirnikləşdirici addımlar hesabına onları dövlət əleyhinə təxribatçı davranışların həyata keçirilməsi prosesinə cəlb etsinlər".

Deputat son olaraq vətəndaşlarımızı ayıq-sayıq olmağa səsləyib.

“Hər bir Azərbaycan vətəndaşı bu reallığın fərqində olmalıdır. Xüsusilə də Azərbaycanın hüquq-mühafizə orqanları öz missiyasını şərəflə yerinə yetirirlər. Eyni sözləri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti haqqında da söyləyə bilərəm. Doğrudan da, hər iki qurumun rəhbərliyi öz missiyalarını çox şərəflə icra edirlər. Son həbslər də, ayrı-ayrı ölkələrin xüsusi xidmət orqanlarının ələ keçirdiyi insanların ifşa edilməsi, saxlanılması və həbsi bunu bir daha təsdiqləyir. Dövlətimizə qarşı uzanmış o xain əllərin vaxtında qarşısının alınmasında bizim müvafiq dövlət qurumlarımız, doğrudan da, çox fəaldır. Bu təkcə müvafiq dövlət qurumlarının işi deyil, bu məsələdə hər bir Azərbaycan vətəndaşı fəal olmalı, vətəndaş mövqeyi ortaya qoymalı, “bu mənim işim deyil” deyə düşünməməlidir. Əgər təhlükə hiss edirsə, təhlükə ilə bağlı müəyyən informasiyaya malikdirsə, bunu bildirməlidir. Vətəndaşlarımız hər zaman ayıq olmalıdır”.

Paylaş:
680

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər