İlham Əliyev Qazaxıstan səfirinin etimadnaməsini qəbul etdi | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Qazaxıstan səfirinin etimadnaməsini qəbul etdi

13:38 - 29 / 05 / 2023
İlham Əliyev Qazaxıstan səfirinin etimadnaməsini qəbul etdi

Prezident İlham Əliyev mayın 29-da Qazaxıstan Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Alim Bayelin etimadnaməsini qəbul edib.

1news.az xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Sonra Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı ölkələrimiz arasında fəal əməkdaşlığın həyata keçirildiyini bildirib, bu baxımdan özünün Qazaxıstana, Qazaxıstan Prezidentinin isə Azərbaycana səfərinin əlaqələrimizin genişlənməsi işinə təkan verdiyini vurğulayıb.

Prezident İlham Əliyev xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin böyük tarixə malik olduğunu qeyd edib, hər zaman qarşılıqlı dəstəyin nümayiş etdirildiyini bildirib. Bu gün bu amilin Xəzər dənizi hövzəsində və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün böyük önəm daşıdığını deyib.

Dövlət başçısı hazırda Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin və daşımalarının həcminin artırılması istiqamətində fəal danışıqların getdiyini qeyd edərək, nəqliyyat-logistika sahəsinin iqtisadi əlaqələrimizin əsas istiqamətlərindən biri olduğunu dedi və həyata keçirilən birgə infrastruktur layihələrinin yükdaşımaların həcminin genişlənməsi üçün yaxşı imkan yaratdığını vurğulyıb. Azərbaycan Prezidenti, eyni zamanda, gəmiqayırma müəssisələrinin imkanlarından da istifadə olunmasının önəmini qeyd edib. Dövlət başçısı bir müddət bundan əvvəldən başlayaraq Qazaxıstandan neftin Azərbaycan ərazisindən nəql olunmasının əhəmiyyətini vurğulayıb və bunun energetika sahəsində əməkdaşlığı genişləndirmək işinə mühüm töhfə verdiyini deyib. Dövlət başçısı səfirə fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycanda səfir təyin olunmasından şərəf hissi duyduğunu bildirən Alim Bayel ikitərəfli münasibətlərin bundan sonra da inkişaf etdirilməsində səylərini əsirgəməyəcəyini qeyd edib.

Səfir ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı ehtiramını ifadə edərək, Müstəqilik Günü münasibətilə dövlət başçısını və Azərbaycan xalqını təbrik edib.

Alim Bayel əlaqələrimizin genişlənməsində iqtisadi-ticari sahədə qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsinin və ölkələrimiz, eyni zamanda, digər regionlar üçün böyük geoiqtisadi önəm daşıyan layihələrin həyata keçirilməsinin prioritet olduğunu bildirib. Bu xüsusda Transxəzər beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsini, Xəzər dənizinin dibi ilə fiberoptik rabitə xəttinin çəkilməsini, Qazaxıstan neftinin ixracının şaxələndirilməsini qeyd edib.

Görüşdə Azərbaycanla Qazaxıstanın beynəlxalq təşkilatlarda, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində səmərəli əməkdaşlıq etdiyi vurğulanıb

Paylaş:
237

Son xəbərlər

ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib26 / 09 / 2023, 23:02Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb26 / 09 / 2023, 17:55Bakı şəhər DYP Anım Günü ilə bağlı müraciət edib26 / 09 / 2023, 17:51Səkidə maşın sürən şəxs cərimələnib26 / 09 / 2023, 17:45Qarabağa yanğınsöndürmə briqadası göndərilib26 / 09 / 2023, 17:35Azərbaycanın mədəniyyət naziri İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında çıxış edib26 / 09 / 2023, 17:32Ekmələddin İhsanoğlu Prezident İlham Əliyevi təbrik edib26 / 09 / 2023, 17:25Hikmət Hacıyev: “Bundan sonra da Qarabağ bölgəsindəki erməni sakinlərə ərzaq yardımı davam etdiriləcək”26 / 09 / 2023, 17:17Binəqədidə TIR aşıb26 / 09 / 2023, 17:02TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin II Toplantısının Yekun Bəyannaməsi qəbul olunub26 / 09 / 2023, 16:51Azərbaycan polisindən tıxacda qalan ermənilərə jest - VİDEO26 / 09 / 2023, 16:29Keçmiş məhkum narkotik satışına görə tutuldu26 / 09 / 2023, 16:29Bu ilin 8 ayında avtobus və mikroavtobusların iştirakı ilə baş verən qəzaların sayı açıqlandı26 / 09 / 2023, 15:52BDYPİ sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edib26 / 09 / 2023, 15:51Sədərəkdə 7 yaşlı məktəblini avtomobil vurub26 / 09 / 2023, 15:48Söyüdlüdə su obyektlərində bir sıra göstəricilərin normadan artıq olduğu aşkarlanıb26 / 09 / 2023, 15:30Xocalı rayonu ərazisində tərk edilmiş dayaq məntəqəsinin görüntüləri - VİDEO26 / 09 / 2023, 15:11Türkiyə səfiri Qənirə Paşayeva ilə bağlı məlumat almaq üçün xəstəxanaya getdi26 / 09 / 2023, 15:07Bakı-Quba yolunun bir hissəsində təmir-bərpa işləri yekunlaşıb - FOTO26 / 09 / 2023, 14:44“Azad olunmuş ərazilərdə sulardan ən çox qorunmalı olanı Tərtər çayıdır” - Ekspert26 / 09 / 2023, 14:37
Bütün xəbərlər

Next TV