Faktiki hava açıqlandı: Dolu, yağış... | 1news.az | Xəbərlər
Cəmiyyət

Faktiki hava açıqlandı: Dolu, yağış...

Qafar Ağayev16:29 - 02 / 06 / 2023
Faktiki hava açıqlandı: Dolu, yağış...

Milli Hidrometeorologiya Xidmətinin iyunun 2-si saat 15:00-a olan məlumatına əsasən Daşkəsən, Gədəbəy, Gəncə, Lerikdə yağış yağıb, Gədəbəy rayonunun Slavyanka, Maarif, Daşbulaq, Nərimankənd və Söyüdlü kəndlərinə saat 14:30-14:40 radələrində dolu düşüb.

Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 26, Aran rayonlarında isə 23-27 dərəcə isti qeydə alınıb.

Respublikanın bəzi çaylarında sululuq azalıb, Qarasuçay-Zərdab çayında isə 21 sm artım müşahidə olunub.

Paylaş:
531

Son xəbərlər

Bütün xəbərlər