Deputat: “Bütün bunlar İranın Azərbaycana qarşı təcavüzkar siyasətini ifşa edən faktlar və hadisələrdir” | 1news.az | Xəbərlər
Cəmiyyət

Deputat: “Bütün bunlar İranın Azərbaycana qarşı təcavüzkar siyasətini ifşa edən faktlar və hadisələrdir”

Qafar Ağayev10:43 - 03 / 06 / 2023
Deputat: “Bütün bunlar İranın Azərbaycana qarşı təcavüzkar siyasətini ifşa edən faktlar və hadisələrdir”

“Uzun illərdir ki, İrandan Azərbaycana narkotik maddələr daşımağa cəhd edən çoxsaylı İran vətəndaşları saxlanılır və müxtəlif müddətli həbs cəzaları alırlar”.

Bu sözləri 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

“Buna baxmayaraq İranda bu cəhdi təkrar edənlərin sayı azalmır. İrandakı səfirliyimizə qarşı törədilmiş terror aktından sonra ölkəmizdə İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən cəsus şəbəkəsi ifşa olunaraq həbs edildi. Həmkarımız Fazil Mustafaya qarşı sui- qəsdin təçkilatçıları da qısa müddət ərzində həbs olundular və məlum oldu ki, onlar da İran xəfiyyəsinin muzdlu cəsuslarıdır. Bütün bunlar İranın Azərbaycana qarşı təcavüzkar siyasətini ifşa edən faktlar və hadisələrdir. Azərbaycan xüsusi xidmət orqanlarının bu hadisələrlə bağlı açıqlamalarından sonra İran guya Azərbaycanın da onun ərazisində pozuculuq fəaliyyəti göstərdiyini iddia etməyə çalışır. Bu məqsədlə də tələbə gənci saxta ittihamlarla həbs edib bu barədə feyk xəbərlər verirlər. Bu birinci hal deyil. Səfirliyimizə hücum edərək diplomatımızı qətlə yetirmiş terrorçunu məsuliyyətdən azad etmək üçün onun ruhi xəstə kimi qələmə verilməsini yaxşı xatırlayırsız. Aydın məsələdir ki, İranda kimisə həbs etmək üçün heç bur günahın və ya cinayət əməlinin sübut olunmasına ehtiyac yoxdur. Molla rejimi heç bir qanun tanımır, öz təcavüzkar siyasətini yürütmək üçün istənilən saxtakarlığa əl atır”.


Deputat deyib ki, İran Azərbaycan torpaqlarının işğal altında qalmasında maraqlı idi.
“Müstəqilliyimizi bərpa etdiyimiz ilk illərdə ölkəmiz daxilində separatçılığı dəstəkləyən dövlətlərdən biri də İran idi. İranın öz layihəsi baş tutmasa da Ermənistan vasitəsilə ölkəmizi parçalamaq istəyən digər dövlətlərə yardımçı oldu. Qarabağın işğal olunmasında və 30 ilə yaxın müddətdə talan olunmasında İran da ermənilərlə bərabər iştirak edib. Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə İranın ölkəmizə qarşı apardığı pərdəarxası oyunlar da ifşa olundu. İranın ölkəmizə qarşı apardığı ikiüzlü siyasət bütün dünyaya bəlli olandan sonra molla rejiminin açıq düşmənçiliyə keçməkdən başqa yolu qalmadı”.

C. Feyziyev qeyd edib ki, İran sivil qanunlarla idarə olunan ölkə deyil.

“Bu bir mürtəce qruplaşma tərəfindən hakimiyyətin zəbt olunduğu və on milyonlarla insanın təcavüzkar bir rejimin girovunda olduğu bir ölkədir. İranın ölkəmizə və xalqımıza qarşı düşmənçilik siyasəti də göz qabağındadır. Bunu bilə-bilə İrana səfər etmək arzusuna düşənlərin məqsədi anlaşılan deyil və hətta şübhəlidir. İranla sərhədyanı bölgələrimizdə yaşayan soydaşlarımızın öz qohumları ilə görüşmək üçün İrana səfər etməsini anlayıram. Bu hal istisna olmaqla başqa elə bir səbəb görmürəm ki, İrana səfər etmək zərurəti yaratsın. Belə bir durumda vətəndaşlarımız xüsusi bir zərurət olmadan bu ölkəyə səfər etməkdən çəkinməlidirlər”.

Qeyd edək ki, İranda itkin düşdüyü bildirilən Almaniyanın Yena Universitetinin azərbaycanlı tələbəsi, 27 yaşlı Fərid Səfərliyə casusluq ittihamı irəli sürülüb.

Fərid Səfərli fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. F.Səfərli martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri qayıtmayıb. Martın 4-dən etibarən Fəridin telefonu sönüb, onunla əlaqə tamamilə itib.

Paylaş:
962

Son xəbərlər

Yardımlıda narkokuryerlikdə şübhəli bilinən qohumlar saxlanılıblar12 / 10 / 2024, 18:10Cəlilabadda toy maşını qəzaya düşüb - FOTO12 / 10 / 2024, 17:44Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA12 / 10 / 2024, 17:06Mingəçevirdə oğul atasını döyərək öldürüb12 / 10 / 2024, 16:36Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb12 / 10 / 2024, 16:01Rəsmi Bakıdan Paşinyana cavab12 / 10 / 2024, 15:13Niderland Parlamentində qəbul edilmiş sənədlər açıq-aşkar qərəzlidir və azərbaycanlılara qarşı ayrı-seçkiliyin nümayişidir12 / 10 / 2024, 14:44Ahıl vətəndaşları aldadaraq pullarını ələ keçirməkdə şübhəli bilinən qadın saxlanılıb12 / 10 / 2024, 14:23Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib12 / 10 / 2024, 14:04Everest zirvəsinin ətəyində 100 il əvvəl itkin düşmüş alpinistin geyim əşyaları tapılıb12 / 10 / 2024, 13:42FHN: Ötən sutka 27 yanğına çıxış olub12 / 10 / 2024, 13:18Dünya bazarlarında qızıl və gümüş bahalaşıb12 / 10 / 2024, 12:56Bazar gününün hava proqnozu12 / 10 / 2024, 12:39Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib12 / 10 / 2024, 12:13Azərbaycan nefti bahalaşıb12 / 10 / 2024, 11:47İlham Əliyev İspaniya Kralını təbrik edib12 / 10 / 2024, 11:34ASCO-nun yeni “Handysize” tipli yük gəmisi “Murovdağ” adlandırılacaq12 / 10 / 2024, 11:25“Bakı COP fərqli və effektiv platforma olacaq”12 / 10 / 2024, 11:19Şimşək çaxıb, arabir leysan yağış yağıb - FAKTİKİ HAVA12 / 10 / 2024, 11:03Yasamalda mağaza mühafizəçisini hədələyərək oğurluq edən şəxs saxlanılıb12 / 10 / 2024, 10:39
Bütün xəbərlər