Diplomatlar üçün keçirilmiş Xarici Siyasət Proqramı başa çatıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Diplomatlar üçün keçirilmiş Xarici Siyasət Proqramı başa çatıb - FOTO

15:57 - 05 / 06 / 2023
Diplomatlar üçün keçirilmiş Xarici Siyasət Proqramı başa çatıb - FOTO

İyunun 5-də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə həyata keçirilən Gənc Diplomatlar üçün Xarici Siyasət Proqramının məzun günü keçirilib.

1news.az xəbər verir ki, məzun günündə xarici işlər naziri Ceyhun Bayramov, ADA Universitetinin rektoru səfir Hafiz Paşayev, XİN-in struktur bölmə rəhbərləri və gənc diplomatlar iştirak ediblər.

Tədbirdə salamlama nitqi ilə çıxış edən ADA Universitetinin prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə 8 ay müddətində baş tutan Xarici Siyasət Proqramının yekunlaşması münasibətilə proqram iştirakçılarını təbrik edib, onlara diplomatik fəaliyyətlərində uğurlar arzulayıb.

ADA Universitetinin prorektorunun müşaviri, İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyeva və Xarici İşlər Nazirliyinin Kadrlar idarəsinin rəisi Raman Məmmədov çıxışlarında 2022-ci il oktyabrın 10-dan 2023-cü il mayın 20-dək həyata keçirilən Xarici Siyasət Proqramının məzmunu, müxtəlif sahələr üzrə təşkil olunmuş təlimlər və səfərlər haqqında ətraflı məlumat veriblər. Proqramın məzmununun bundan sonra da təkmilləşdirilməsi istiqamətində addımların davam etdiriləcəyi diqqətə çatdırılıb.

Sonra Xarici Siyasət Proqramının hesabat videoçarxı nümayiş olunub.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çoxmərhələli imtahan prosesi nəticəsində diplomatik xidmətə qəbul olunmuş gənc diplomatları Xarici Siyasət Proqramının məzunu olmaları münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Hazırkı dövrdə transformasiyaya uğrayan beynəlxalq münasibətlər sistemində ölkəmizin milli maraqlarına əsaslanan Prezident İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursunun irəlilədilməsində diplomatların üzərinə mühüm vəzifələrin düşdüyü qeyd olunub. Nazir Ceyhun Bayramov bu istiqamətdə çağırışların öhdəsindən gəlmək üçün diplomatların bilik və bacarıqlarının artırılmasının vacibliyini vurğulayıb.

Tədbirdə çıxış edən və öz diplomatik təcrübəsini iştirakçılarla bölüşən ADA Universitetinin rektoru, professor Hafiz Paşayev gənc diplomatlara fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra gənc diplomatlar Xarici Siyasət Proqramı haqqında fikir və təəssüratlarını bölüşüb, təşkilatçılara təşəkkürlərini bildiriblər.

Sonda gənc diplomatlara sertifikatlar təqdim olunub.

Paylaş:
244

Son xəbərlər

Azərbaycanlı tələbələr beynəlxalq film festivalının qalibləri olduBu gün, 12:11İlham Əliyev Astronavtika Konqresində Azərbaycanın inkişaf göstəriciləri barədə bəzi rəqəmləri açıqlayıbBu gün, 12:05AQTA qeydiyyatdan keçməyən daşınma şirkətlərinə xəbərdarlıq edibBu gün, 11:56Veysəloğlu Şirkətlər Qrupu regional fəaliyyətini genişləndirirBu gün, 11:52İlham Əliyev: Biz şəhidlər verərək BMT-nin qətnamələrinin icrasını təmin etdikBu gün, 11:47Deputatlar şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblərBu gün, 11:43Milli Məclisin iclasında Qənirə Paşayeva və Madər Musayevin xatirələri yad edilibBu gün, 11:42Prezident 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxış edib - YENİLƏNİBBu gün, 11:37Prezident: Azərbaycan etibarlı təchizatçı olaraq beynəlxalq bazarlara enerji nəql edirBu gün, 11:30Milli Dram Teatrı oktyabr repertuarını açıqlayıbBu gün, 11:28Prezident: Avropa İnstitutları ilə əməkdaşlığımız uğurla inkişaf edirBu gün, 11:13Ahıllar və kimsəsiz uşaqlar bir yerdə - FOTO - VİDEOBu gün, 11:11Vətəndaşların 20 min manata yaxın pulunu ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıbBu gün, 11:07Prezident: 74-cü Beynəlxalq Astronavtika Konqresi Azərbaycanda kosmos sənayesinin inkişafına töhfə verəcəkBu gün, 10:58Nyu-York birjasında təbii qaz ucuzlaşıbBu gün, 10:42Vaqif Xaçatryanın barəsindəki istintaq başa çatıb, məhkəmə başlayırBu gün, 10:39“Heydər Əliyevin təcrübəli və müdrik siyasəti sayəsində qısa müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yarandı”Bu gün, 10:32Kamaləddin Qafarov: “ Zəngilan forumu həm də mühüm siyasi hadisədir”Bu gün, 10:22Şəkidə sirkə turşusu içən 85 yaşlı kişi ölübBu gün, 10:21İlham Əliyev və Mehriban Əliyeva 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində iştirak edirlərBu gün, 10:17
Bütün xəbərlər

Next TV