Mikayıl Cabbarov: Birinci rübdə regionlar üzrə ümumi məhsul buraxılışı 13 faiz artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mikayıl Cabbarov: Birinci rübdə regionlar üzrə ümumi məhsul buraxılışı 13 faiz artıb

15:31 - 07 / 06 / 2023
Mikayıl Cabbarov: Birinci rübdə regionlar üzrə ümumi məhsul buraxılışı 13 faiz artıb

Cari ilin birinci rübündə Azərbaycanın regionları üzrə ümumi məhsul buraxılışı 7,5 milyard manat olub.

1news.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter hesabında yazıb.

“2023-cü ilin 1-ci rübü ərzində 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə regionlar üzrə ümumi məhsul buraxılışı 13,1% (nominal qiymətlərlə) artaraq 7,5 mlrd. ₼ olmuşdur” – deyə nazir qeyd edib.

Paylaş:
649

Son xəbərlər

Bütün xəbərlər