Azərbaycan və Çexiya arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
Almaniya Federativ Respublikasının Bonn şəhərində iyunun 15-dək davam edəcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının köməkçi orqanının tədbiri çərçivəsində Azərbaycan nümayəndə heyətinin ikitərəfli görüşləri davam edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Emin Qarabağlı 1news.az-a bildirib ki, Çexiya nümayəndə heyətinin sədri Yan Dusik ilə görüş zamanı qlobal iqlim dəyişmələri, iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində mövcud əməkdaşlıq və gələcək planlar müzakirə olunub
416