Mingəçevirdə qanunsuz balıq ovlayanlar saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Mingəçevirdə qanunsuz balıq ovlayanlar saxlanılıb

10:31 - 08 / 06 / 2023
Mingəçevirdə qanunsuz balıq ovlayanlar saxlanılıb

Mingəçevir Su Anbarında və Kür çayında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

1news.az xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı balıq ovlayan şəxslərin Mingəçevir şəhər sakini Təyyar Mustafayev, Yevlax rayon sakinləri Təbriz Yusifov, Yusif Əzizov, Yadigar Allahverdiyev, İlqar Məmmədov, Zaqatala rayon sakini Vüqar Həsənov, Neftçala rayon sakini Rüstəm Kazımov olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

“Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”, o əlavə edib.

Paylaş:
200

Son xəbərlər

Bütün xəbərlər