MN: Ermənistan ordusu Kəlbəcərdə mühəndis işləri görən traktoru atəşə tutub | 1news.az | Xəbərlər
Rəsmi

MN: Ermənistan ordusu Kəlbəcərdə mühəndis işləri görən traktoru atəşə tutub

14:40 - 13 / 06 / 2023
MN: Ermənistan ordusu Kəlbəcərdə mühəndis işləri görən traktoru atəşə tutub

İyunun 13-ü saat 11:10-da Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində mühəndis işləri görən traktor Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşə tutulub.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Atəş nəticəsində xəsarət alan olmayıb.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri nəticəsində qarşı tərəfin atəş nöqtələri susdurulub.

Paylaş:
375

Son xəbərlər

Bütün xəbərlər