Laçında sərhəd buraxılış məntəqəsində əsgərimiz yaralanıb - DSX məlumat yaydı | 1news.az | Xəbərlər
Siyasət

Laçında sərhəd buraxılış məntəqəsində əsgərimiz yaralanıb - DSX məlumat yaydı

Qafar Ağayev10:32 - 15 / 06 / 2023
Laçında sərhəd buraxılış məntəqəsində əsgərimiz yaralanıb - DSX məlumat yaydı

15 iyun 2023-cü il tarixdə saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu yaralanıb.

DSX-dən 1news.az-a verilən məlumata görə, cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Yaralanmış hərbi qulluqçumuza ilkin tibbi yardım göstərilib, həyatı təhlükəsi yoxdur.

Bu təxribata görə bütün məsyuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Paylaş:
227

Son xəbərlər

Bütün xəbərlər