Rüstəm Minnixanov: Tatarlar və azərbaycanlılar dil baxımından da çox yaxındır
Biz ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsinə regional səviyyədə də ciddi töhfə veririk.
1news.az-ın xəbərinə görə, bunu bu gün Zəngilan rayonunun Ağalı kəndində Prezident İlham Əliyevlə görüşdə Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov bildirib.
Rüstəm Minnixanov deyib ki, tatarlara və azərbaycanlılara gəlincə, biz dil baxımından da tarixən çox yaxınıq: “Siz bu qəsəbədəki vətəndaşlarınızla danışırsınız və mən praktik olaraq hər şeyi başa düşürəm. Əlbəttə, bu gün biz tikintisi davam edən məsciddə olduq. Bütün bunlar bizə çox yaxındır və bütün bunlar bizi çox yaxınlaşdırır. Bizim birinci Prezidentimiz Mintimer Şaymiyev, onun və Tatarıstanın yaxın dostu Heydər Əliyev münasibətlərimizin möhkəm təməlini qoyublar”.
400