Azərbaycanda daha 2 nəfər COVID-19-a yoluxub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda daha 2 nəfər COVID-19-a yoluxub

16:37 - 19 / 06 / 2023
Azərbaycanda daha 2 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən sağalan və vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 896 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 599 nəfər müalicə olunaraq sağalıb, 10 281 nəfər vəfat edib, aktiv xəstə sayı 16 nəfərdir. Ölkədə son sutka ərzində 346, hazırkı dövrədək isə 7 637 355 test aparılıb.

Paylaş:
262

Son xəbərlər

Bütün xəbərlər