Mərkəzi Bankın sədrindən sığorta şirkətlərinə xəbərdarlıq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mərkəzi Bankın sədrindən sığorta şirkətlərinə xəbərdarlıq

12:54 - 23 / 06 / 2023
Mərkəzi Bankın sədrindən sığorta şirkətlərinə xəbərdarlıq

Sığorta agentləri əhalini qorxudur ki, əmlaklarını sığora etdirməsələr, cərimələnəcəklər. Onların bu səlahiyyəti yoxdur.

1news.az Trend.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

O qeyd edib ki, bu məsələ ilə bağlı sığorta şirkətlərinə və agentlərinə xəbərdarlıq edilib. “Biz istehlakçılardan narahatlıqlar eşidirik. Sığorta şirkətlərinə də, agentlərinə də xəbərdarlıq etmişik ki, istehlakçılara SMS-lər göndərmək, zənglər etmək onların səlahiyyətində deyil”, - deyə o əlavə edib.

Paylaş:
493

Son xəbərlər

Bütün xəbərlər