İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Qurban bayramı münasibətilə bir-birini təbrik ediblər | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Qurban bayramı münasibətilə bir-birini təbrik ediblər

15:39 - 28 / 06 / 2023
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Qurban bayramı münasibətilə bir-birini təbrik ediblər

İyunun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon söhbəti olub.

1news.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, dövlət başçıları bir-birini və xalqlarımızı müqəddəs Qurban bayramı münasibətilə təbrik edib və ən xoş arzularını çatdırıblar.

Telefon söhbəti zamanı dostluq və qardaşlıq münasibətlərimizin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminlik ifadə olunmuş, müttəfiqlik əlaqələrimizin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Paylaş:
422

Son xəbərlər

Sabahın hava proqnozu

01 / 02 / 2025, 12:16
Bütün xəbərlər