Heydər Əliyevin siyasəti nəticəsində Azərbaycanı aparıcı ölkəyə çevirən layihə - TRASEKA | 1news.az | Xəbərlər
İqtisadiyyat

Heydər Əliyevin siyasəti nəticəsində Azərbaycanı aparıcı ölkəyə çevirən layihə - TRASEKA

Qafar Ağayev15:45 - 03 / 07 / 2023
Heydər Əliyevin siyasəti nəticəsində Azərbaycanı aparıcı ölkəyə çevirən layihə - TRASEKA

Ümumilli lider Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində ölkənin istər xarici siyasətinin müsbət tendensiyalarla şaxələndirilməsi, istərsə də daxili vəziyyətin yaxşılaşdırılması istiqamətində əsaslı işlər görülmüşdür.

Heydər Əliyevin siyasəti ölkə iqtisadiyyatında olduğu kimi dəmir yolu sahəsində də mühüm layihələrin həyata keçirilməsinə, bu layihələrdə ölkəmizin layiqincə təmsil olunmasına, eyni zamanda aparılan islahatların dəmir yolunun bütün sahələrini əhatə etməsinə şərait yaratmışdır.

Hələ 1980-ci illərin əvvəllərində ümumilli lider Heydər Əliyevin tapşırıqları əsasında dəmir yolunda geriliyin aradan qaldırılması, vətəndaşların təklif və arzularının həyata keçirilməsi istiqamətində əsaslı addımlar atılmışdı.

Heydər Əliyevin Moskvada çalışdığı zamanlardan dəmir yolunda daşınmalar və islahatların həyata keçirilməsində ortaya qoyulan yanaşmalar bu gün də rusiyalı dəmiryolçuların xatirindədir.

Ulu öndərin genişmiqyaslı və böyük əhəmiyyətli xarici siyasəti Azərbaycanın beynəlxalq birliyə iqtisadi inteqrasiyası işində yeni addım olmuşdur. Bu inteqrasiyanın həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edən layihələrdən biri də «Avropa-Qafqaz-Asiya Transqafqaz nəqliyyat dəhlizi (TRASEKA)» proqramıdır.

Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Tacikistan, Türkmənistan, Özbəkistan nümayəndələrinin 1993-cü ilin mayında Brüsseldə görüşü keçirilmiş və orada regionun nəqliyyat infrastrukturunun inkişafı məsələləri müzakirə edilmişdi.

Heydər Əliyev sözügedən layihənin Azərbaycan üçün əhəmiyyətini nəzərə alaraq bütün təşəbbüsləri əlinə almış və 1998-ci il sentyabrın 7-8-də Bakı şəhərində tarixi «Böyük İpək yolu»nun bərpası üzrə beynəlxalq konfransın keçirilməsinə nail olmuşdur. Məhz Heydər Əliyevin dahi siyasətinin nəticəsində Azərbaycan beynəlxalq strukturun mərkəzinə çevrilmişdir.

Məsələ ilə bağlı 1news.az-a danışan Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı qeyd edib ki, Ulu öndər Heydər Əliyev iki dəfə - sovet dönəmi və müstəqillik qazandıqdan sonra Azərbaycan dövlətinin sükanı arxasına keçərək mühüm mərhələ dəyişikliyi etməyə müvəffəq olmuşdur:

“Hər iki halda bütün resursların səfərbərliyi – mobilizasiya və transformasiya kimi tarixi missiyalar uğurla yerinə yetirilmişdir. Əgər Heydər Əliyev sovet dövründə Azərbaycan iqtisadiyyatını üçüncü sənaye inqilabının tələblərinə uyğun reformat etməyi bacarmışdısa, müstəqilliyin ilk illərində tənəzzülə uğrayan iqtisadiyyatı həm bazar relsləri üzərinə keçirmək, həm də uğurlu neft və nəqliyyat-logistika strategiyası həyata keçirməklə iqtisadi təhlükəsizliyi təmin etməyə nail olmuşdur. Müasir dövrdə Azərbaycan iqtisadiyyatının dördüncü sənaye inqilabı çağırışlarına cavab verməsi, habelə milli dövlətçiliyin, ictimai rifahın və güclü ordunun maddi əsası kimi çıxış etməsi Heydər Əliyev siyasətinin uğurudur”.

Azərbaycan dəmir yolunun hərtərəfli inkişaf dövrü

Vüsal Qasımlı Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illəri Azərbaycan dəmir yolunun hərtərəfli inkişaf dövrü adlandırıb:

“1969-cu ildə ilk dəfə respublika rəhbərliyinə gələn Heydər Əliyevin gərgin fəaliyyəti sayəsində bütün respublika iqtisadiyyatında olduğu kimi, dəmir yolu nəqliyyatında da əsaslı dəyişikliklərə və köklü inkişafa təkan verildi. Belə ki, Azərbaycan dəmir yolunda istifadəyə verilən mühüm obyektlərin böyük əksəriyyəti, məhz onun təşəbbüsü və ciddi nəzarəti sayəsində istismara verilmişdir. Böyük öndərin qayğısı ilə, bu illərdə istehsalatda əsas fəaliyyətlə yanaşı, 14300 texniki yeniləşmə metodları tətbiq edilmiş və bunlar dəmir yolunun bütün sahələrini əhatə etmişdir.

70 ilə yaxın müddətdə SSRİ tabeçiliyində olan dəmir yollarının əlaqələri də yalnız İttifaq daxili ilə kifayətlənirdi. SSRİ-nin dağılması isə, bir çox digər sahələr kimi dəmir yolunu da iflic vəziyyətə salmışdır. İyirminci əsrin 90-cı illərində də, ümümmilli lider Heydər Əliyev iqtisadiyyatın əsas qollarından biri olan dəmir yolunda yaranmış vəziyyəti dəqiqliklə qiymətləndirdi. Qısa zamanda, dəmir yolu sahəsində də dirçəliş yarandı. 4 yanvar 1998-ci ildə Dübəndi terminalı və stansiyası istismara verildi. Açılış mərasimində Ümummilli Lider Heydər Əliyev iştirak edərək demişdi: “Mən bu gün burada verilən məlumatları məmnuniyyət hissi ilə qəbul edirəm ki, Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi öz işinin keyfiyyətini yaxşılaşdırır, yaxşı iqtisadi nəticələr əldə edir. Bu, çox vacib məsələdir. Çünki dəmir yolu Azərbaycan iqtisadiyyatının böyük bir hissəsidir. Azərbaycan dəmir yolunu on illərlə yaratmışıq, onun maddi texniki bazasını qurmuşuq. Mən indi Azərbaycan Dövlət Dəmir Yolunda inkişafı hiss edirəm”.

“Əsrin müqaviləsi”nin Azərbaycanın dəmir yolunun inkişafında önəmi

Vüsal Qasımlı bildirib ki, 1994-cü il 20 sentyabr tarixində imzalanan “Əsrin müqaviləsi”, digər sahələrdə olduğu kimi, Azərbaycan dəmir yolunda da bir dönüş nöqtəsi oldu:

“Artıq 1996-cı ildən etibarən ölkəmizin dəmir yolu tranzit yol kimi bir neçə beynəlxalq nəqliyyat dəhlizlərində iştirak etməyə başladı. Lakin əsas daşıma dəhlizi TRASEKA dəhlizi hesab edilir. Bu sahə Böyük İpək Yolunun Bakıdan Böyük-Kəsik stansiyasına (Gürcüstanın dövlət sərhədlərinə) qədər məsafəni və daha sonra üçüncü dövlətlərə çıxışı əhatə edir. Daha sonralar isə bu nəqliyyat dəhlizi Qədim İpək Yolundan TRASEKA-yadək yol keçdi.

1998-ci ildə isə ümummilli liderin təşəbbüsü ilə ölkəmizdə daha bir mötəbər tədbir keçirildi. 1998-ci il sentyabrın 7-9-də Bakı şəhərində Böyük İpək Yolunun bərpasına dair beynəlxalq konfrans keçirilmişdir. 13 dövlətin və 32 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə keçirilən konfrans iki gün davam etdi və konfransda Bakı bəyannaməsi qəbul edildi, beynəlxalq tranzit daşınmaları haqqında Əsas Çoxtərəfli Saziş imzalandı".

Azərbaycan “Bakı-Tbilisi-Qars” və “Şimal-Cənub” beynəlxalq və regional nəqliyyat dəhlizlərinin aparıcı halqası kimi

"Ümummilli Liderin strategiyasını uğurla davam etdirən İlham Əliyevin rəhbərliyi ilə bu gündə milli nəqliyyat sistemi sürətlə inkişaf etməkdədir" - deyə, Vasımlı əlavə edib:

"6 iyul 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında, eləcə də ümumilikdə nəqliyyat sisteminin inkişafı, infrastruktur təminatın təkmilləşdirilməsi və s. istiqamətlərdə qəbul edilən proqram və layihələr, sərəncamlar bunun bariz nümunəsidir. Ulu öndərin rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi nəticəsində ölkəmiz “Bakı-Tbilisi-Qars” və “Şimal-Cənub” beynəlxalq və regional nəqliyyat dəhlizlərinin aparıcı halqasıdır.

Əvvəldə də qeyd etdiyim kimi, dahi siyasətçi Heydər Əliyevin alternativi olmayan siyasəti bu gün də İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müzəffər Ali Baş Komandan, məhz Heydər Əliyev siyasi kursunu uğurla davam etdirməklə, ölkəmizin Avropa və Asiya arasında aparıcı nəqliyyat-tranzit qovşağına çevrilməsi, bu sahədə mövqeyinin daha da möhkəmlənməsi istiqamətində davamlı addımlar atır. Hələ, bir neçə il əvvəldən Ələt qəsəbəsində yaradılmağa başlayan böyük terminal, infrastruktur təminatın təkmilləşdirilməsi istiqamətində görülən sistemli işlər bunun bariz nümunəsidir”.

Azərbaycana göstərilən etimad

İqtisadçı-ekspert Eldəniz Əmirovun sözlərinə görə, 1993-cü ildə Brüsseldə əsası qoyulan layihə, məhz Heydər Əliyevin siyasəti nəticəsində Azərbaycanı aparıcı ölkəyə çevirdi.

“1998-ci ildə Ümumilli Liderin təklifi ilə Bakıda keçirilən beynəlxalq tədbirdə 40-ya yaxın ölkədən onlarla nümayəndə heyətinin iştirak etməsini mütərəqqi hadisə hesab etmək olar. Dövlətlərin hamısı konfransın öz ölkələrində keçirilməsinə səy göstərsə də, Heydər Əliyevin müdrik siyasəti nəticəsində tədbirin, məhz Azərbaycanda keçirilməsinə razılıq verilib.

“Avropa-Qafqaz-Asiya” nəqliyyat dəhlizinin inkişaf etdirilməsi və beynəlxalq nəqliyyatın tərəqqisi haqda imzalanan Çoxtərəfli Saziş TRASEKA layihəsinin əsas sənədlərindən biri hesab olunur.

Ümumilli Liderin özü də tədbirdə çıxış edərək konfransın Bakıda keçirilməsini Avropa Birliyi və TRASEKA proqramının iştirakçıları tərəfindən Azərbaycana göstərilən etimad olaraq dəyərləndirib”.

“Heydər Əliyevin səylərinin nəticəsi olaraq Bakıda TRASEKA hökumətlərası komissiyasının daimi katibliyi də fəaliyyətə başlamışdır” – deyə, E.Əmirov əlavə edib:

“Beləliklə, TRASEKA proqramı çərçivəsində “Avropa-Qafqaz-Asiya” nəqliyyat dəhlizinin keçdiyi ölkələrdə Avropa İttifaqının ayırdığı vəsait hesabına onlarla layihələr reallaşdırılmışdır. Dəhlizin Azərbaycandan keçən yük dövriyyəsi 1995-ci ildə 355 min ton olduğu halda, 2000-ci ildə 5,2 milyon tona çatmışdır. Bu da 1995-ci illə müqayisədə 15 dəfə çox idi.

Heydər Əliyevin qabaqcıl siyasəti, dəmiryolunun inkişafında misilsiz xidmətləri və həyata keçirdiyi layihələr ümumbəşəri, Avropa dəyərləri ilə Azərbaycanın milli mənəvi dəyərlərinin inteqrasiyasına gətirib çıxarmış, Azərbaycanın beynəlxalq arenada söz sahibi olmasının təməllərini qoymuşdur”.

Yazı, Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur.

Qafar Ağayev

Paylaş:
644

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər