“Bu gün dünyada Azərbaycanı regionun aparıcı hərbi gücünə malik ölkə kimi tanıyırlar” - ŞƏRH | 1news.az | Xəbərlər
Siyasət

“Bu gün dünyada Azərbaycanı regionun aparıcı hərbi gücünə malik ölkə kimi tanıyırlar” - ŞƏRH

Aynurə Xudaverdiyeva17:00 - 12 / 07 / 2023
“Bu gün dünyada Azərbaycanı regionun aparıcı hərbi gücünə malik ölkə kimi tanıyırlar” - ŞƏRH

“Bizim bədnam qonşularımız 44 günlük müharibədən sonra öz hərbi gücünü artırmaq üçün çalışır”.

Bu sözləri 1news.az-a açıqlamasında ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov deyib.

Ekpertin sözlərinə görə, bu gün dünyada Azərbaycanı regionun aparıcı hərbi gücünə malik ölkə kimi tanıyırlar:

“Hansı insanlar bu gün düşünür ki, Azərbaycan Vətən Müharibəsində qələbə qazandı, daha hərbi gücə ehtiyacı yoxdur, onlar böyük yanlış edirlər. Əksinə, Azərbaycan öz hərbi gücünü daha da artırmalı, üst mövqedə qalmaq üçün hərbi gücünü daha da inkişaf etdirməlidir. Ona görə ki, bu gün regionda çox ciddi hadisələr baş verir. Cənab Prezidentin dediyi kimi, yeni silahlar alınmalıdır. Bu gün dünyada Azərbaycanı regionun aparıcı hərbi gücünə malik ölkə kimi tanıyırlar. Hesab edirəm ki, Azərbaycan Silahlı Qüvvələri kifayət qədər güclü silahlara sahibdir. Biz bunu daha da inkişaf etdirməliyik ki, gələcəkdə hər hansısa ölkə Azərbaycana qarşı bir qərar verəndə və ya addım atanda ciddi olaraq düşünsün. Unutmayaq ki, bizim bədnam qonşularımız 44 günlük müharibədən sonra öz hərbi gücünü artırmaq üçün çalışır. Ermənistan həm də öz hərbi büdcəsini də artırıb”.

Üzeyir Cəfərov

Ü.Cəfərov bildirib ki, son illər indiyə kimi Ermənistanın mütəffiqi olmayan ölkələrdən hərbi silah-sursatla özünü təmin edir:

“Bütün bunların fonunda sabah hansısa bir təhlükə baş versə, əlbəttə ki, hərbi gücümüzlə bunun qarşısını alacağıq. Ordunun modernləşdirilməsi prosesinin, islahatların davam etdirilməsi, müasir silah-sursat, hərbi texnika ilə təmin olunması bizi regiondakı ən güclü dövlətlərdən birinə çevirib. Azərbaycan özünü müstəqilliyini, seçimini, həyat tərzini, ərazi bütövlüyünü qorumaq üçün daha da güclü olmalıdır. Buna görə də müharibə başa çatandan sonra ardıcıl şəkildə bu istiqamətdə çox ciddi addımlar atıldı. Hələ də bu addımlar atılır və inkişaf etdirilir. Azərbaycan Silahlı Qüvvələrinin qüdrəti, ölkəmizin hərbi potensialı regionda öz maraqlarına uyğun siyasət yürütməsi, heç kimin qarşısında əyilməməsi və heç bir qüvvənin iradəsinə tabe olmaması Azərbaycanın gücü, qüdrəti bunu təmin edən əsas faktordur”.

Paylaş:
484

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər