“Prezident müşavirədə Azərbaycanın bundan sonrakı inkişafının əsas istiqamətlərini bir daha vurğuladı” - ŞƏRH | 1news.az | Xəbərlər
Siyasət

“Prezident müşavirədə Azərbaycanın bundan sonrakı inkişafının əsas istiqamətlərini bir daha vurğuladı” - ŞƏRH

12:14 - 13 / 07 / 2023
“Prezident müşavirədə Azərbaycanın bundan sonrakı inkişafının əsas istiqamətlərini bir daha vurğuladı” - ŞƏRH

“Azərbaycan Respublikasının Prezidenti cənab ilham Əliyev bu ilin 6 ayının sosial-iqdisadi inkişafının yekunları ilə bağlı müşavirə keçirdi”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

“Müşavirədə Azərbaycanın bundan sonrakı inkişafının əsas istiqamətlərini bir daha vurğuladı. Əsas istiqamətlər ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası işləri və iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsidir. Bu məntiqlə Azərbaycanın bundan sonrakı inkişafı təmin ediləcək. Bunun əsasında heç şübhəsiz ki, iqdisadiyyat dayanır. Cənab prezident qeyd etdi ki, bu ilin 6 ayı ərzində bütünlükdə iqdisadi inkişafla bağlı danışarkən xüsusilə qeyri-neft sektorunda və qeyri-neft sənayesindəki xüsusi artım tempinə diqqət cəlb etməliyik ki, bu da bizim inkişafımızın əsas istiqamətinin mühüm bir tərkib hissəsi kimi vurğulanmalıdır. Belə ki, qeyri-neft sektorunda 3 faizdən artıq, qeyri-neft sənayesində isə 6.5 faizlik bir artım qeydə alınıb”.

E.Nəsirov İlham Əliyevin sözlərini xatırladaraq bunları söyləyib:

“Eyni zamanda cənab prezident onu da vurğuladı ki, əsas hədəflərimizdən biri də yüksək dövlət büdcəsi təmin etmək idi. Və vurğuladı ki, artıq müstəqillik dövrü tariximizdə ilk dəfədir ki, dövlət büdcəmiz 33 milyard manata gəlib çatıb. Büdcədə aparılan əlavə tədbirlər nəticəsində isə faktiki olaraq büdcəmizin həcmi 36 milyard manata gəlib çatıb. Yəni büdcəyə daha 3 milyard manat əlavə edilib. Bu 3 milyard manat vəsait isə 2 əsas istiqamət üçün yönlənəlib. Gündəlik fəaliyyətinin əsas mərkəzində dayanan məsələlərdir. Birincisi Qarabağın və Şərqi Zəngəzurun bərpası işləridir və bu sahəyə 1.8 milyard manat əlavə vəsait ayrılıb. Eyni zamanda ordumuzun daha da gücləndirilməsi, hərbi potensialımızıın möhkəmləndirilməsi məqsədilə ayrılan vəsaitdir ki, bu da 1.1 milyard manata gəlib çatıb. Yəni göründüyü kimi bu iki əsas strateji istiqamət üzrə çox ciddi işlər həyata keçiriliməkdədir.

Deputat ümumi daxili məhsulumuzun artım tempindən də danışıb:

“6 ayın yekunlarına görə 60 milyard manatlıq ümumi daxili məhsul istehsal edilib.

Cənab prezident iqdisadi artımdan danışarkən qeyd etdi ki, 6 ayın yekunlarına görə 10 milyard manatlıq profisitimiz əmələ gəlib. Yəni bizim ixracımız idxalımızı üstələyib. İlin sonuna qədər bu rəqəmin daha böyük olacağını da vurğuladı.

Cənab prezidentin də qeyd etdiyi kimi əsas 2 sahədir: Qarabağın bərpası və eyni zamanda ordumuzun gücləndirilməsi məqsədləri. Bütövlükdə Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesinə ilin sonuna qədər 12 milyard manat vəsaitin xərclənməsi nəzərdə tutulub ki, bu da nəticə etibarilə qarşıda dayanan strateji vəzifələrin təmin edilməsi üçün olduqca vacib məsələlərdir”.

Xatırladaq ki, iyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirilib.

Paylaş:
479

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər