İsmayıllıda qadın qətlə yetirilib, əri şübhəli şəxs qismində saxlanılıb - YENİLƏNİB-2 | 1news.az | Xəbərlər
Cəmiyyət

İsmayıllıda qadın qətlə yetirilib, əri şübhəli şəxs qismində saxlanılıb - YENİLƏNİB-2

15:19 - 17 / 07 / 2023
İsmayıllıda qadın qətlə yetirilib, əri şübhəli şəxs qismində saxlanılıb - YENİLƏNİB-2

İsmayıllı rayonunda qadın qətlə yetirilib, əri şübhəli şəxs qismində saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, iyulun 17- də saat 14 radələrində İsmayıllı rayonunun Təzəkənd kəndində 1988-ci il təvəllüdlü Bədəlova Aytən Etibar qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1985-ci il təvəllüdlü Bədəlov Etibar Əbülfəz oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə cinayət hadisəsi ailə münaqişəsi zəminində baş ver verib.

Araşdırma aparılır.

***

15.07

İsmayıllı rayonunda qadın qətlə yetirilib, əri şübhəli bilinir.

1news.az Report-a istinadla xəbər verir ki, hadisə bu gün saat 14:30 radələrində rayonun Təzəkənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Etibar Bədəlov ailə münaqişəsi zəminində aralarında yaranmış dava zamanı həyat yoldaşı, 1988-ci il təvəllüdlü Aytən Bədəlovanı öldürüb.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Hadisənin dəqiq səbəbləri hələlik məlum deyil.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda araşdırma aparılır.

***

14.58

İsmayıllıda qadın kəsilmiş-deşilmiş xəsarətlərdən ölüb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, iyulun 17-si saat 14 radələrində rayonun Təzəkənd kəndində 1988-ci il təvəllüdlü Aytən Bədəlovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Hazırda faktla bağlı araşdırma aparılır.

Paylaş:
412

Son xəbərlər

Bütün xəbərlər