Polad Bülbüloğlu Andrey Rudenko ilə görüşmüşdür | 1news.az | Xəbərlər
Siyasət

Polad Bülbüloğlu Andrey Rudenko ilə görüşmüşdür

19:45 - 17 / 07 / 2023
Polad Bülbüloğlu Andrey Rudenko ilə görüşmüşdür

Cari ilin 17 iyul tarixində Səfir Polad Bülbüloğlu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko ilə görüşmüşdür.

Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə Andrey Rudenko Rusiya Xarici İşlər nazirliyinin məlum 15 iyul tarixli bəyanatı ilə bağlı Rusiya tərəfinin mövqeyini çatdıraraq bildirmişdir ki, sözügedən bəyanatda Azərbaycanın ərazi bütövlüyü qəti şəkildə şübhə altına alınmır, onun əsas istiqaməti Qarabağ bölgəsində yaşayan ermənilərin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi və Laçın dəhlizinin açılması məsələləri olmuşdur.

Bu gün Rusiyanın əsas məqsədinin Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasıdır ki, bunun üçün Rusiya tərəfi hərtərəfli dəstək göstərməyə, o cümlədən öz ərazisində görüşlər təşkil etməyə hazırdır.

Bundan əlavə, Andrey Rudenko Azərbaycanın ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətinə də toxunmuşdur.

Polad Bülbüloğlu Azərbaycan tərəfinin qəti mövqeyini rusiyalı həmsöhbətinə çatdıraraq bildirmişdir ki, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci ildə imzalanmış “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında” müqaviləyə əsasən Rusiya Federasiyası Azərbaycan Respublikasının ərazi bütövlüyünü birmənalı olaraq tanımış və heç vaxt ərazi bütövlüyümüzü şübhə altına almamışdır. Bu səbəbdən də Rusiya XİN-in 15 iyul tarixli bəyanatı Azərbaycanda, o cümlədən millət vəkillərimizin, ekspert və politoloqlarımızın narazılığına səbəb olmuşdur.

Ermənilərin Laçın sərhəd-nəzarət buraxılış məntəqəsindən sərbəst və maneəsiz şəkildə keçməsi üçün heç bir əngəlin olmadığını deyən Səfir, dəhlizin bağlanmasına səbəb kimi onun digər məqsədlər üçün istifadə edildiyini, o cümlədən hərbi sursatların, Beynəlxalq Qırmızı Xaç Komitəsinin humanitar yardımı altında qaçaq malların ərazilərimizə daşınması olduğunu diqqətə çatdırmışdır. Buna sübut olaraq çoxsaylı sənədlərin və videoların olduğunu söyləmişdir.

Bununlа belə, ölkəmizin Səfiri Rusiya sülhməramlı kontingentin fəaliyyətinə toxunaraq vurğulamışdır ki, onun müşayiəti ilə ermənilər tərəfindən gizli dağ yolları ilə Xankəndinə müəyyən olmayan mallar daşınır, oradakı məktəblilərə hərbi təlimlər keçirilir ki, bütün bunlar da Azərbaycanda haqlı narazılığa səbəb olur, Rusiya-Azərbaycan münasibətlərinə kölgə salır.

Polad Bülbüloğlu onu da həmkarının diqqətinə çatdırmışdır ki, iyulun 14-də Şuşada olarkən orada atəşkəsin pozulduğunun şahidi olmuşdur.

Eyni zamanda Səfir Rusiya mətbuatında Azərbaycanın ərazi bütövlüyü ilə bağlı səslənən qərəzli fikirlərin də cəmiyyətimizdə, o cümlədən politoloq və ekspertlər arasında mənfi reaksiya doğurduğunu bildirmişdir.

Polad Bülbüloğlu Xankəndində Ruben Vardanyanın təxribat xarakterli fəaliyyətindən bəhs edərkən, onun mövcud vəziyyətin normallaşmasına əngəllər törətdiyini vurğulamış, cəmiyyətimizdə onun məhz Rusiya tərəfindən Xankəndinə göndərildiyi fikrinin formalaşdığını bildirmişdir.

Sülh müqaviləsinin Prezident İlham Əliyevin təşəbbüsü olduğunu deyən Azərbaycanın Səfiri, ölkəmiz üçün danışıqların harada aparılmasının əhəmiyyət kəsb etmədiyini, əsas məsələnin danışıqların davam etməsi və konkret nəticənin əldə edilməsinin olduğunu vurğulamışdır.

Hal-hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan geniş təmir-bərpa işləri haqqında danışarkən, orada yaşayan ermənilərin buna şahid olduqlarını bildirmiş, bunların isə onlar üçün Azərbaycanın tərkibində həyatın firavan olacağına əminliyini ifadə etmişdir.

Həmçinin görüşdə regionda baş verən hadisələr və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında ətraflı fikir mübadiləsi aparılmışdır.

Paylaş:
361

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər