Kamaləddin Qafarov: “Bu gün bizim həmrəyliyimiz hər zaman olduğundan daha güclüdür” | 1news.az | Xəbərlər
Siyasət

Kamaləddin Qafarov: “Bu gün bizim həmrəyliyimiz hər zaman olduğundan daha güclüdür”

15:22 - 24 / 07 / 2023
Kamaləddin Qafarov: “Bu gün bizim həmrəyliyimiz hər zaman olduğundan daha güclüdür”

“Qədim Şuşa mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə davam edir. İyulun 21-də, Azərbaycan Milli Mətbuatı yaradılmasının 148-ci ildönümü ərəfəsində, “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumunun açılış mərasiminin də məhz Şuşa şəhərində keçirilməsi Azərbaycan dövləti və birbaşa Prezident İlham Əliyev tərəfindən ölkə mediasına böyük önəm verildiyini bir daha nümayiş etdirir. Forumda yerli media nümayəndələri ilə yanaşı, 49 ölkədən 150 xarici qonağın, 34 ölkənin dövlət informasiya agentliyinin, 12 beynəlxalq təşkilat və media qurumun yüksək səviyyədə təmsil olunduğunu nəzərə alsaq, bu tədbirin Şuşanın beynəlxalq nüfuzunun daha da yüksəlməsinə böyük bir töhfə olduğunu da aydın görərik. Açılış mərasimində tədbir iştirakçılarını salamlayan dövlət başçımız bildirdi ki, bu şəhər ölkənin mədəniyyət paytaxtı olmaqla yanaşı, eyni zamanda da bizim Qələbəmizin rəmzidir, sülhün rəmzidir”.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat daha sonra bildirib ki, Forumun gedişində Prezident İlham Əliyevin sualları cavablandırarkən Azərbaycanın təhlükəsizliyi ilə bağlı səsləndirdiyi fikirlər, əslində, dünyada mövcud olan bütün antiazərbaycan əhval-ruhiyyəli qüvvələrə ünvanlanmış ciddi mesajdır:

“ABŞ jurnalistinin Azərbaycana qarşı olan təhlükələrlə bağlı sualını cavablandıran möhtərəm Prezidentimiz qəti və birmənalı olaraq torpaqlarımızın işğalına son qoymuş Vətən müharibəsinin başa çatması ilə ölkəmizə qarşı olan bütün təhlükələrin aradan qaldırıldığını bildirdi. Bununla dövlət başçısı bir tərəfdən ölkədaxili sabitliyin və cəmiyyətimizdə hökm sürən milli həmrəyliyin yüksək səviyyədə olduğunu diqqət mərkəzinə gətirmiş oldu. Əlbəttə ki, bu fonun yaranmasında uğurlu dövlət siyasəti nəticəsində təmin edilmiş güclü iqtisadi inkişaf amili də böyük rol oynayır. Digər tərəfdən isə, Azərbaycan işğalçı-faşist ideologiyası üzərində formalaşdırılmış Ermənistan ordusunu darmadağın etməklə təkcə özünün deyil, bütün regionun təhlükəsizliyini təmin etmiş oldu. Əlbəttə, bu gün Ermənistanda hələ də revanşist ideyalarla yaşayan insanlar, bəzi xarici ölkələrdə isə bu təhlükəli, ilk növbədə Ermənistanın özü üçün çox təhlükəli tendensiyanı mümkün qədər çox yaymağa səy göstərən müəyyən qüvvələr də var. Lakin bütün bunlar Azərbaycana heç bir real təhlükə törədə bilməz. Çünki, dövlət başçımızın dediyi kimi, Azərbaycan özünün müdafiə qüdrətini artırmaqda davam edir və bu gün bizim ordumuz hər zaman olduğundan daha güclüdür. Bu belə də olmalıdır. Azərbaycan beynəlxalq hüquq normalarının kobud şəkildə pozulduğu, güc amilinin getdikcə daha çox irəli çəkildiyi bir dünyada özünün və dostlarının müdafiəsinə hər an hazır olmalıdır.”

K.Qafarov Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizliyinin təminatı və onların Azərbaycan cəmiyyətinə inteqrasiyası ilə bağlı Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin əhəmiyyətini vurğulayaraq deyib: “Bu gün hər kəs bilməlidir ki, Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizlik baxımından ən böyük təminatları məhz elə onların Azərbaycan ictimaiyyətinə inteqrasiyası ola bilər. Yalnız bu yolla Qarabağın erməni sakinləri xalqı əsarətdə saxlayan, qul kimi istismar edən və hər an öz ambisiyalarına qurban verməyə hazır olan xunta rejiminin girovluğundan azad ola bilərlər. Prezident İlham Əliyev II Qarabağ savaşı başa çatdıqdan sonra ötən dövr ərzində bir neçə dəfə yüksək humanistlik nümayiş etdirərək onlara bu şansdan yararlanmaq üçün unikal imkanlar verib. Lakin bu gün qarşı tərəfdən adekvat addımların atıldığını, təəssüflər olsun ki, hələ də görə bilmirik. Separatçı rejimin hansısa perspektivlərə ümidləri, əlbəttə ki, boş və əsassızdır. Fərrux əməliyyatı, 2021-ci ilin mayında Ermənistan-Azərbaycan sərhədində yaranmış vəziyyət, 2022-ci ilin sentyabrında sərhəddə baş vermiş hadisələr, Laçın-Xankəndi yolunda qurulmuş nəzarət-buraxılış məntəqəsi – bütün bunlar birmənalı olaraq Xankəndində oturan rejimin yalnız Azərbaycan buna dözdüyü müddətdə mövcud olacağını açıq-aydın göstərir. Buna görə də, Qarabağın erməni əhalisi öz gələcəklərini təmin etmək üçün yalnız mövcud olan yeganə doğru yolu seçməli, Azərbaycan qanunlarına tabe olmalı və çoxmillətli, çoxkonfessiyalı dövlətimizin bütün vətəndaşlarına, o cümlədən bütün milli azlıqlara təqdim etdiyi bərabər hüquq və təhlükəsizlik təminatından istifadə etmək şansını əldən buraxmamağa çalışmalıdır”.

Paylaş:
369

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər